1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Calanmış ( f.sif. ) ağac.
// Yaxşı tutmaq (peyvənd, qələm). Qələm yaxşı calanmışdır.
2. məc. Bağlanmaq, rəbt olmaq.
Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq.
[Şair:] Bu yol mənim dövlətim; Bu yol mənim varımdır; Bir-birinə calanan; Polad misralarımdır.
3. Tökülmək, axıb tökülmək. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı.
Şərab tamamilə süfrəyə calandı.
Yağış bir sel axını kimi göydən yerə calanır.
4. məc. İlişmək.
[Əşrəf Bahara:] Yoxlamamış, bilməmiş birisinə calandıq, ondan ibrət olmadı…