Cidaqaya (Tikantəpə)
Cidaqaya (fars. جداقيه) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
== Coğrafiya ==
Cidaqaya kəndi Tikantəpə və Saraskənd şəhərlərinin arasında yerləşərək, Tikantəpədən 67 kilometr şimalda yeralıbdır. Cidaqaya Ağotaq, Arpaçayı və Ərəbşah kəndlərindən sonra, iki hündür dağın yamacında olaraq, kəndə gedən avtomobil yolu isə çox qəzalıdır. Ərazisi dağlıqdır.
== Mədəniyyət ==
Cidaqayada bir ibtidai məktəb və məscid fəaliyyət göstərir. Kəndin keçidləri son neçə ildə daşla örtülmüşdür. Burada su, işığ və telefon var ancaq kəndlilər yanacağ baxımından əziyyət çəkirlər.
== Əhalisi ==
2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (37 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir.