CINE-MAGAZINE

n kinojurnal

CINE-FILM
CINEMA
OBASTAN VİKİ
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Escapist Magazine
"The Escapist" ("the escapist" kimi üslublaşdırılır) — ABŞ elektron jurnalı. Jurnalın məzmunu əsasən videooyunlara yönəlmişdir, lakin eyni zamanda filmləri, komiksləri, televiziya şoularını və s. əhatə edir. Aleksandr Makris tərəfindən 12 iyul 2005-ci ildə təsis edilmişdir. Əvvəlcə jurnalın nömrələri həftədə bir dəfə nəşr olunurdusa, artıq davamlı olaraq məqalələr dərc olunur. 2018-ci ildən sahibi "Enthusiast Gaming" şirkətidir. == Tarixi == Jurnal 12 iyul 2005-ci ildə Aleksander Makris tərəfindən təsis edilmişdir. 30 iyun 2009-cu ilə qədər Julianne Greer baş redaktor olmuşdur, sonra 2011-ci ilin sentyabrına qədər bu vəzifəni Rass Pitts, 4 sentyabr 2012-ci il tarixinə qədər - Stiv Batts, 14 iyun 2013-cü il tarixdə Suzan Arendt, 21 yanvar 2015-ci il tarixinə Qreq Tito öz üzərinə götürmüdür. İndiki baş redaktor Coşua Vandervalldır. İlk növbədə, jurnal həftəlik jurnal idi, indi isə məqalələr davamlı olaraq dərc olunur.
PlayStation Magazine
PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir. "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3". Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi. Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır. 2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir.
Sega Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Time Magazine
Taym jurnalı (ing. Time) — həftəlik informasiya jurnalı. "Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir. ABŞ-də yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə edir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır. Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-nin ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.
Wired (magazine)
Wired («Ethernet ilə bağlıdır») — San-Fransisko (ABŞ) və Londonda (Birləşmiş Krallıq) nəşr olunan aylıq jurnal. Kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri barədə yazır. İngilis dili versiyası istifadəyə verildikdən daha sonra 14 il müddətinə dayandırıldı. 2020-ci ildə buraxılmağa davam edir. Jurnalın ilkin maliyyə investorlarından biri Nicholas Nikolas Neqroponte olmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər həm də «Move bits, not atoms» sütununa rəhbərlik etmişdir. 1993-cü ilin yanvar ayından etibarən buraxılmışdır. 1998-2006-cı illərdə Wired jurnalının və Wired News veb saytının (wired.com) fərqli sahibləri var idi, lakin wired.com hazırda jurnalın – onlayn versiyasıdır. Bu beynəlxalq bir nəşrdir, aşağıdakı regional versiyalar verilir: Wired UK, Wired Italia, Wired Japan və Wired Germany (2011-ci ilin sentyabr ayından). Öz növbəsində Advance Publications media konqlomeratına daxil olan Condé Nast nəşriyyat evinə aiddir.
Bessatsu Shōnen Magazine
Bessatsu Shōnen Magazine (yaponca: 別冊少年マガジン, Hepbörn: Bessatsu Shōnen Magajin) — Kodansha nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal yayım həyatına 2009-cu ilin sentyabrında Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" adlı digər jurnalının spin-offu kimi başlamışdır.
Computer Games Magazine
"Computer Games Magazine" — 1988–2007-ci illərdə nəşr olunan ABŞ videooyun jurnalı. 2000-ci ilə qədər jurnal "Computer Games Strategy Plus" kimi tanınırdı və Birləşmiş Krallıqda "Games International" adı ilə təsis edilmişdir. Jurnal geniş çeşiddə oyun platformalarını və janrlarını əhatə edirdi, lakin jurnalın əsas diqqəti strategiya oyunları idi. Jurnal videooyunlar üzrə ən uzunmüddətli dövri nəşrlərdən biridir. == Başqa ölkələrdə == "Computer Games Magazine " jurnalının Yunanıstan versiyası 2000-ci ilin iyunundan iyun 2008-ci ilə qədər nəşr edilmişdir. Jurnalın cəmi 92 nömrəsi çap olunmuşdur. Jurnalın Meksika versiyası çap olunurdu. == İstinadlar == == Ədəbiyyat == Harrison Gish. Computer Games Magazine // Encyclopedia of Video Games . 1 (сборник).
Doctor Who Magazine
Doctor Who Magazine (abbr. DWM) — «Doktor Kim» Britaniya elmi fantastik serialı haqqında jurnal. 2010-cu ilin aprelində televiziya serialı haqqında ən uzunömürlü jurnal kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Official Xbox Magazine
"Official Xbox Magazine" — ABŞ və Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnal 2001-ci ilin noyabrında orijinal "Xbox" konsolunun satışa çıxarılması ilə fəaliyyətə başlamışdır. Jurnalın hər nömrəsinin tərkibində oyun demoları, videolar və treylerlər, "Xbox 360"da geriyə uyumluluq yeniləmələri və profillər üçün oyundaxili avatarlar kimi digər məzmun var. Burada "Xbox", "Xbox 360" videooyunları üçün elanlar, resenziyalar və çit kodları var. 22 noyabr 2005-ci ildə jurnal "Xbox 360"ın loqosu altında çıxmağa başlamışdır. Buraya oyun resenziyaları, elanlar, "Xbox Live Arcade" oyun demoları daxil idi. Jurnal 2020-ci ilin aprelində fəaliyyətinə dayandırmışdır.
PlayStation 3 Magazine
"PlayStation 3 Magazine" və ya qısaca "PSM3" — Birləşmiş Krallıq videooyun jurnalı. Jurnalda "Sony"nin videooyun konsolları haqqında məlumatlar verilirdi. Jurnalın ilk nömrəsi 2000-ci ilin oktyabrında "PSM2" adı ilə çıxmışdır. Jurnal qısa müddətdə İngiltərədə ən məşhur qeyri-rəsmi "PlayStation" jurnallarından birinə çevrilmişdir. Jurnalın adı 78-ci nömrədən sonra "PSM3" olmuş, "PlayStation 2" və "PlayStation Portable" üçün məlumatlar versə də, əsas diqqətini "PlayStation 3"ə yönəltmişdir. 13 noyabr 2012-ci ildə "PSM3" və "Xbox World" jurnallarının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.
Sega Saturn Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.
Official Irish PlayStation Magazine
Official Irish PlayStation Magazine (abr. OIPM) — "TP Media" tərəfindən nəşr edilmiş keçmiş İrlandiya aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation" və "PlayStation 2" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnal demək olar ki, sadəcə bir il fəaliyyət göstərmişdir (may 2000 – iyul 2001). Jurnal 2000-ci ildə "TP Media" şirkəti tərəfindən təsis edilmişdir. Jurnalın ilk nömrəsi 2005-ci ilin ay ayında nəşr edilmişdir. "Official UK PlayStation Magazine" jurnalı "Future Publishing" tərəfindən nəşr edilirdi və İrlandiyada 10 İrlandiya funtuna satılırdı. "OIPM" jurnalının hər buraxılışı 5 İrlandiya funtuna satılırdı. Jurnalın yanında demo disklər də verilirdi. Jurnalın ilk üç buraxılışının üzlüyü Böyük Britaniya versiyasındakı ilə eyni olmasına baxmayaraq, "OIPM" jurnalının məzmunu Kevin MakDermot rəhbərliyindəki bir redaktor heyəti tərəfindən yazılırdı.
PlayStation: The Official Magazine
PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir. "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3". Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi. Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır. 2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir.
PlayStation Official Magazine – Australia
PlayStation Official Magazine – Australia (abr. OPS) — "Citrus Media" tərəfindən nəşr edilən Avstraliya videooyun jurnalı. Jurnal əvvəllər "Official PlayStation 2 Magazine – Australia" adı altında fəaliyyət göstərirdi, lakin "PlayStation 3" konsolunun satışa çıxarılmasından sonra adını dəyişmişdir. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdır və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edir. Hər il 13 nömrə nəşr edən jurnalın ilk nömrəsi 2007-ci ilin mart ayında nəşr edilmişdir. "OPS" jurnalının hər bir nömrəsinin qiyməti 15 Avstraliya dollarıdır. Junalın hər bir nömrəsinin yanında içərisində videooyun treylerləri və başqa məzmun olan özəlləşdirilmiş DVD-lər olur. Digər "Official PlayStation Magazine" adı ilə başlayan jurnallarla eyni başlığı daşımasına baxmayaraq, "PlayStation Official Magazine – Australia" məzmun lisenziyalaşdırmır və tamamilə Avstraliyada nəşr edilir. "OPS" Avstraliyada yerli şəkildə yazılan yeganə "PlayStation" jurnalıdır. PlayStation Official Magazine – Australia Arxivləşdirilib 2016-05-03 at the Wayback Machine – magshop.com.au saytında.
Official U.S. PlayStation Magazine
Official U. S. PlayStation Magazine (abr. OPM) — "Ziff Davis Media" tərəfindən nəşr edilmiş keçmiş ABŞ aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnalın hər ay nəşr edilən buraxılışı demo disklər və "PlayStation" videooyunlarının videolarını daşıyırdı. Jurnalın fəaliyyəti demək olar ki, on il davam etmişdir (oktyabr 1997 – yanvar 2007). "OPM" 2007-ci ilin yanvar ayında fəaliyyətini dayandırandan bir ay sonra müstəqil "PlayStation" jurnalı olan "PSM" adını dəyişdirərək "PlayStation: The Official Magazine" olmuşdur. "Official U. S. PlayStation Magazine" jurnalı 1997-ci ildə "Ziff Davis Media" tərəfindən ABŞ-də təsis edilmişdir. "OPM" o dövrdə "PlayStation" diskləri verən ilk jurnal idi. 1997-ci ilin oktyabr ayındakı ilk buraxılışından bəri jurnalın yanında "PlayStation" platforması üçün satışa çıxarılan videooyunların demo diskləri və reklam-xarakterli videoları verilirdi. Məsələn, jurnalın avqust 1999-cu il tarixli 23-cü buraxılışının yanında "Final Fantasy VIII", "3Xtreme", "Tiny Tank", "Jade Cocoon: Story of the Tamamayu", "Macross VF-2", "Centipede", "You Don't Know Jack" və "Ultimate 8-ball" kimi videooyunların demo diskləri verilirdi.