COĞRAFİ SİKL, GEOMORFOLOJİ SİKL, EROZİYA SİKLİ

relyef formalarının ardıcıl olaraq qanunauyğun dəyişilməsi (gənclik, yetkinlik, qocalıq mərhələləri). İlkin hamar relyefin əsasən tektonik qalxmanın təsiri altında güclü parçalanmış dağlıq relyefə çevrilməsi. Tektonik hərəkətlərlə müvazinətləndirilməyən eroziya və denudasiya proseslərinin sonrakı inkişafı relyefin başlanğıc vəziyyətə qədər alçalmasına, hamarlanmasına, peneplen həddinə qədər çatdırır. Yer qabığının qalxmasının təkrar fəallaşması yeni C. s. başlanmasına səbəb ola bilər. Amerikan geomorfoloqu və geoloqu U. Devisin işləyib hazırladığı C. s. nəzəriyyəsi geomorfologiyanın təşəkkül tapmasında və inkişafında mühüm rol oynamışdır. İqlim şəraitindən və əsas denudasiya amillərindən asılı olaraq C.s. su eroziyası (normal), buzlaq, arid, dəniz (sahil) və s. ayrılır. цикл географичеcкий geographic cycle, geographical cycle
COĞRAFİ LANDŞAFT
COĞRAFİ TƏBƏQƏ, LANDŞAFT TƏBƏQƏSİ
OBASTAN VİKİ
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Eroziya
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Vulkan sikli
Vulkan sikli (rus. цикл вулканический, ing. volcanic cycle) — bir tektonik-maqmatik mərhələdə təzahür edən vulkan prosesləri.
Geomorfoloji Skil
Geomorfoloji amillər
Geomorfoloji anomaliya
Geomorfoloji mərhələ
Geomorfoloji rayonlaşdırma
Elmin və texnikanın müasir dinamik inkişafı coğrafi təbəqənin müxtəlif komponentləri arasında səbəb-nəticə əlaqəsinin formalaşma və işləmə qanunuyğunluqlarının daha səmərəli və effektiv tədqiqat yollarının hazırlanmasını tələb edir. Bu məqsədlə Azərbaycanın müasir relyefinin və onun geoloji-tektonik quruluşunun formalaşmasının qanunauyğunluqlarının aşkara çıxarılmasının çox mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Azərbaycan ərazisi morfotektonik cəhətdən Böyük və Kiçik Qafqazın şərq, həmçinin İran və Cənubi Qafqaz dağlıq yaylalarının bəzi hissələrini özündə birləşdirən Alp-Himalay qırışıq zonasına aiddir. Tədqiqat ərazisi çox mürəkkəb geoloji-tektonik quruluşa malik olmaqla, tektonik örtüyün, maqmatik və palçıq vulkanizminin geniş inkişafı iri morfostrukturların yayılma istiqamətinin tez-tez dəyişməsi ilə yeni tektonik və müasir seysmotektonik proseslərin aktivliyi, həmçinin ekzogen relyef əmələgətirici proseslərin kəskin differensiasiyası ilə seçilir. Azərbaycanın relyefi qlobal Avrasiya və Ərəbistan litosfer tavalarının qarşılaşması və toqquşması sahəsidir. Belə ki, bu ərazinin müasir morfotektonik karkası mezotetis okean qabığının Skif tavasının altına, Anadolu-İran tavasının (Misxana-Dərələyəz) isə Ön Qafqaz tavasının altına subduksiyası nəticəsində formalaşmışdır. Bu zaman baş verən müxtəlif morfotektonik proseslər nəticəsində mürəkkəb tərkibli geomorfoloji vilayətlər əmələ gəlmiş, Böyük və Kiçik Qafqaz, Talış dağlıq sistemlərinin, eləcə də geniş Kür dağarası çökəkliyinin intensiv differensiasiyalı üfüqi və şaquli tektonik hərəkətləri yaranmışlar. Azərbaycan daxilində Böyük Qafqaz Baş Qafqaz, Yan və Niyaldağ silsilələri, həmçinin çoxsaylı dağ qolları və dağarası çökəkliklərdən və s. ibarət olan iri və mürəkkəb quruluşlu meqantiklinori təşkil edir. Böyük Qazfqaz mezozoy, paleogen, neogen və dördüncü dövrün çökmə, qismən də maqmatik süxurlarından təşkil olunmuşdur.
Geomorfoloji səviyyələr
Antropogen eroziya
Antropogen eroziya -İnsanın səmərəsiz təsərrüfat fəaliyyəti nəticəsində torpaqların və ana süxurların səth suları vasitəsilə sürətlə dağılması.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Eroziya fazası
Reqressiv eroziya
Reqressiv eroziya (rus. регрессивная эрозия, ing. regressive erosion, head ward erosion, backward erosion) — lat. regressio – geriyə hərəkət – geriyə çəkilən eroziya. Süxurların səthi axınlarla parçalanması və yuyulması prosesi. Dərinlik eroziyası mənbə istiqamətində inkişaf edərək tarazlıq profilinin yaranmasına gətirib çıxarır və adətən qonşu hövzələrin çaylarının baş hissəsinin zəbt olunmasına səbəb olur.
Yan eroziya
Yan eroziya (rus. боковая эрозия, ing. lateral erosion) — çayın erozion fəaliyyəti nəticəsində dərənin yanlara tərəf genişlənməsi. Nəticədə meandrlar əmələ gəlir, yataq miqrasiya edir.
Yerli eroziya bazisi
Yerli eroziya bazisi (rus. местный базис эрозии, ing. local base level) — istənilən yüksəklikdə yerləşən və yerli əhəmiyyəti olan müvəqqəti və lokal, eroziya bazisi. Y. e. b. axarsız su tutarları səviyyəsinə, astanalara, çayların qarşısını kəsən dağ uçqunlarına və s. uyğun gələ bilir.
Ümumi eroziya bazası
Ümumi eroziya bazası (rus. общий базис эрозии, ing. general base level, permanent base level) — daimi eroziya bazisi, baş eroziya bazisi- Dünya okeanı səviyyəsi, bilavasitə və yaxud başqa çayların vasitəsilə okeana tökülən çaylar üçün, şərti olaraq yatağın dərinləşməsi həddini müəyyən edir. Lakin Dünya okeanı səviyyəsi özü də dəyişilməz deyildir.
Coğrafi element
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi irq
Coğrafi komponentlər
Coğrafi koordinatlar
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi koordinatları

Coğrafi bloklama
Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnternet geolokasiya üsullarından istifadə etməklə müəyyən edilir, məsələn istifadəçinin IP ünvanını qara siyahı və ya ağ siyahı ilə yoxlamaq və istifadəçinin fiziki yerini təxmin etmək üçün şəbəkə bağlantısının ucdan-uca gecikməsini ölçmək. Bu yoxlamanın nəticəsi sistemin veb-sayta və ya konkret məzmuna girişi təsdiq edib-etmədiyini müəyyən etmək üçün istifadə olunur. Geolokasiya digər aspektlərlə yanaşı, təqdim olunan məzmunu, məsələn, malların göstərildiyi valyutanı, mövcud malların qiymətini və ya çeşidini dəyişdirmək üçün də istifadə edilə bilər. Termin ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir. Coğrafi blok üçün zərərli trafiki bloklamaq və ya qiymət diskriminasiyasını tətbiq etmək, məkan autentifikasiyası, fırıldaqçılığın qarşısını almaq və onlayn qumar oyunları (qumar qanunları regiona görə dəyişir) kimi digər səbəblər də mövcuddur. Audiovizual əsərlərə eksklüziv ərazi hüquqlarının mülkiyyəti regionlar arasında fərqlənə bilər, Bu məzmun provayderlərindən təyin olunmuş regiondan kənarda istifadəçilərə girişə icazə verməməyi tələb edir. Məsələn, HBO Now onlayn xidmət olsa da yalnız ABŞ-də yaşayanlar üçün əlçatandır və digər ölkələrdə fəaliyyət göstərə bilməz, çünki onun ana şəbəkəsi HBO artıq müxtəlif yayımçılara (məsələn, Kanadada HBO kataloq lisenziyasını Bell Mediaya vermişdi) proqramlaşdırma üçün eksklüziv hüquqlar vermişdi. Bənzər səbəblərə görə, Netflix kimi abunə olunan seç-izlə xidmətlərində mövcud olan məzmun kitabxanası da bölgələr arasında dəyişə bilər və ya xidmət istifadəçinin ölkəsində ümumiyyətlə mövcud olmaya bilər. Coğrafi bloklama digər məqsədlər üçün də istifadə edilə bilər.