COĞRAFİ TƏBƏQƏ, LANDŞAFT TƏBƏQƏSİ

atmosferin aşağı, litosferin üst qatlarının, hidrosferin və biosferin birbirilə təmasda və qarşılıqlı əlaqədə olduğu təbəqə. Ç.t. hidrosferin bütün, litosferin hipergenez sahəsini əhatə edib atmosferdə stratopauzaya qədər uzanır. Maksimal qalınlığı 40 km-dir. Ç.t. üçün onun əsas hissələri arasında fasiləsiz enerji mübadiləsi ilə əlaqədar bir və ya bir neçə eyni prosesin və hadisənin təkrarını təmin edən maddələr dövranının olması, məkan və zaman daxilində inkişafın qeyri-bərabərliyi, əsas etibarı ilə astronomik və geoloji səbəblərlə əlaqədar proses və hadisələrin ritmikliyi, inkişafın fasiləsizliyi səciyyəvidir. Ç.t. fiziki coğrafiyanın öyrənmə obyektidir. географическая оболочка landscape mantle, landscape geosphere
COĞRAFİ SİKL, GEOMORFOLOJİ SİKL, EROZİYA SİKLİ
COĞRAFİ ZONA
OBASTAN VİKİ
Landşaft təbəqəsi
Coğrafi təbəqə
Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlılardan və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafı üç əsas mərhələyə bölünür: biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır) və müasir (antropogen; bu mərhələdə insan öz fəaliyyəti ilə coğrafi təbəqəyə güclü təsir edir, coğrafi mühit yaranır). Coğrafi təbəqənin inkişafındakı fasiləsizliyi günəş enerjisi və qismən Yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi coğrafi mühit adlanır. Coğrafi təbəqənin inkişaf qanunauyğunluqları: 1. Bütövlük - coğrafi təbəqəni təşkil edən bütün komponentlər bir-biri ilə sıx qarşılıqlı əlaqəyə malikdir, onlardan birinin dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur. 2. Ritmiklik - hadisə və proseslərin müəyyən vaxtdan bir təkrarlanması (Yerin öz oxu ətrafında fırlanması - sutkalıq, Günəş ətrafında fırlanması - illik, həmçinin çoxillik və geoloji dövrlər ərzində baş verən ritmiklik mövcuddur).
Coğrafi landşaft
Landşaft
Landşaft (alm. Landschaft‎) – bütün əsas komponentləri (litosferin üst horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleks. Ekologiyada landşaft təbiətdən səmərəli istifadə məqsədini əhatə edir. Landşaftlar mənşəyinə görə iki əsas tipə ayrılır – təbii və antropogen. Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakılar təbii landşafta aid edilir: Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası xasdır. Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır.
Biogeosenotik təbəqə
Biogeosenotik təbəqə — həyat təbəqəsi, biogeosenozların əlaqəli yerləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hüceyrə təbəqəsi
Mikrob təbəqəsi — Cücərmə təbəqəsi, embrion inkişafı zamanı əmələ gələn hüceyrələrin əsas təbəqəsidir. Onurğalılarda üç hüceyrə təbəqəsi xüsusilə aydın şəkildə ifadə olunur. Bununla birlikdə, bütün eumetazoanlar (süngərlərə qohum olan heyvanlar) iki və ya üç əsas mikrob təbəqəsi əmələ gətirirlər. Bəzi heyvanlar, iki mikrob təbəqəsi (ektoderma və endoderma) istehsal edərək onları diploblastik edir. Heyvanlar, bu iki təbəqə arasında üçüncü bir təbəqə (mezoderma) əmələ gətirərək onları triploblastik edir. Hüceyrə təbəqələri nəticədə orqanogenez prosesi ilə bütün heyvanın toxumalarını və orqanlarını əmələ gətirir. Kaspar Friedrix Volf, erkən embrionun yarpaq kimi təbəqələrdə quruluşunu müşahidə etdi. 1817 -ci ildə Heinz Kristian Pander, toyuq embrionlarını öyrənərkən üç əsas mikrob təbəqəsi kəşf etdi. 1850-1855 -ci illərdə Robert Remak, hüceyrə təbəqəsi (Keimblat) anlayışını təkmilləşdirərək, sırasıyla xarici, daxili və orta təbəqələrin epidermis, bağırsaq və ara əzələləri və damar sistemini meydana gətirdiyini ifadə etdi. "Mesoderma" termini 1871 -ci ildə Huxley tərəfindən ingilis dilinə, 1873 -cü ildə Lankester tərəfindən "ektoderma" və "endoderma" kimi təqdim edilmişdir.
Həyat təbəqəsi
Həyat təbəqəsi — biosferin əsas hissəsi. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Lay (təbəqə)
Lay (rus. пласт, ing. stratum) — stratiqrafiyada sərbəst işlənən termin litoloji cəhətdən əsasən bircinsli, yayılma sahəsinə görə az qalınlıqlı, altda və üstdə yatan çöküntülərdən kəskin ayrılan süxur kütləsi. Linza, paz, örtük (lava axını) və s. formalarda olur.
Mikrob təbəqəsi
Mikrob təbəqəsi — Cücərmə təbəqəsi, embrion inkişafı zamanı əmələ gələn hüceyrələrin əsas təbəqəsidir. Onurğalılarda üç hüceyrə təbəqəsi xüsusilə aydın şəkildə ifadə olunur. Bununla birlikdə, bütün eumetazoanlar (süngərlərə qohum olan heyvanlar) iki və ya üç əsas mikrob təbəqəsi əmələ gətirirlər. Bəzi heyvanlar, iki mikrob təbəqəsi (ektoderma və endoderma) istehsal edərək onları diploblastik edir. Heyvanlar, bu iki təbəqə arasında üçüncü bir təbəqə (mezoderma) əmələ gətirərək onları triploblastik edir. Hüceyrə təbəqələri nəticədə orqanogenez prosesi ilə bütün heyvanın toxumalarını və orqanlarını əmələ gətirir. Kaspar Friedrix Volf, erkən embrionun yarpaq kimi təbəqələrdə quruluşunu müşahidə etdi. 1817 -ci ildə Heinz Kristian Pander, toyuq embrionlarını öyrənərkən üç əsas mikrob təbəqəsi kəşf etdi. 1850-1855 -ci illərdə Robert Remak, hüceyrə təbəqəsi (Keimblat) anlayışını təkmilləşdirərək, sırasıyla xarici, daxili və orta təbəqələrin epidermis, bağırsaq və ara əzələləri və damar sistemini meydana gətirdiyini ifadə etdi. "Mesoderma" termini 1871 -ci ildə Huxley tərəfindən ingilis dilinə, 1873 -cü ildə Lankester tərəfindən "ektoderma" və "endoderma" kimi təqdim edilmişdir.
Ozon təbəqəsi
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Ruhban təbəqəsi
Ruhanilər — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Əvvəlcə xristian terminologiyasına aid olan ruhanilik anlayışı bəzən digər dinlər üçün də istifadə olunur. Ruhban insanlardan uzaqlaşaraq dünyanın ləzzətlərini tərk edən və ifrat şəkildə ibadət etməyə həsr olunmuş insanlar deməkdir. Ruhban və rahib eyni kökdən gələn ərəb dilli sözləridir. İsa peyğəmbərin ölümündən sonra, bəzi xristianlar üzləşdikləri təzyiq və qəddarlıqlara görə ictimai həyatdan təcrid olundular və əldə etdikləri xüsusi yerlərə çəkildilər və özlərini ibadətə həsr etdilər. Bu təcrübə tədricən bir həyat tərzi olaraq xristianlıqda yerləşdi. Bu gün məzhəblər arasında fərqlər olsa da, ruhanilərin yalnız kiçik bir hissəsi monastır həyatlarını davam etdirirlər. Yalnız kişilər arasından seçilir. Ruhanilər xüsusi bir dini təhsil alır, Xüsusi geyimləri var, Dini mərasimlərə rəhbərlik etmək və dini mətnləri şərh etmək səlahiyyəti verilmişdir, bəzi məzhəblərdə mərasimləri latın dili və yunan dili kimi dini mətnlərin ilk tərcümələrinin dillərində keçirirlər. “Ruhaniliyi” bir “peşə” olaraq seçir, ömrü boyu özünü bu işə həsr edir, çörəyini bu işdən qazanır, İyerarxik bir strukturda yerləşir, bu struktura zidd hərəkət edərsə, sanksiyalarla üzləşə bilər, Dini təfsirlərdə, ictimai və siyasi mövzularda həmkarları və iyerarxik təşkilati quruluşla tam həmrəylik içində olacağı gözləntisi var.
İşçi təbəqə
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Landşaft rejimi
Landşaft rejimi (en. landscape mode) – kağız vərəqinin elə yönümüdür ki, mətn və ya görüntü vərəqin uzun tərəfi boyunca çap olunur, yəni görüntünün və ya səhifənin eni hündürlükdən çox olur. Landşaft monitor (en. landscape monitor) – eni hündürlüyündən böyük olan monitor. Landşaft monitorların eni, televiziya ekranında olduğu kimi, hüdürlüyündən təxminən 33% böyük olur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Landşaft sferası
Landşaft sferası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sinonimi; coğrafi örtüyün bir hissəsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiyyət də daxil olmaqla təbii və antropogen landşaft.
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Texnogen landşaft
Texnogen landşaft — müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. Onun arealı Xəzər dənizi ilə 500–600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R. A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Coğrafi element
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi bloklama
Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnternet geolokasiya üsullarından istifadə etməklə müəyyən edilir, məsələn istifadəçinin IP ünvanını qara siyahı və ya ağ siyahı ilə yoxlamaq və istifadəçinin fiziki yerini təxmin etmək üçün şəbəkə bağlantısının ucdan-uca gecikməsini ölçmək. Bu yoxlamanın nəticəsi sistemin veb-sayta və ya konkret məzmuna girişi təsdiq edib-etmədiyini müəyyən etmək üçün istifadə olunur. Geolokasiya digər aspektlərlə yanaşı, təqdim olunan məzmunu, məsələn, malların göstərildiyi valyutanı, mövcud malların qiymətini və ya çeşidini dəyişdirmək üçün də istifadə edilə bilər. Termin ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir. Coğrafi blok üçün zərərli trafiki bloklamaq və ya qiymət diskriminasiyasını tətbiq etmək, məkan autentifikasiyası, fırıldaqçılığın qarşısını almaq və onlayn qumar oyunları (qumar qanunları regiona görə dəyişir) kimi digər səbəblər də mövcuddur. Audiovizual əsərlərə eksklüziv ərazi hüquqlarının mülkiyyəti regionlar arasında fərqlənə bilər, Bu məzmun provayderlərindən təyin olunmuş regiondan kənarda istifadəçilərə girişə icazə verməməyi tələb edir. Məsələn, HBO Now onlayn xidmət olsa da yalnız ABŞ-də yaşayanlar üçün əlçatandır və digər ölkələrdə fəaliyyət göstərə bilməz, çünki onun ana şəbəkəsi HBO artıq müxtəlif yayımçılara (məsələn, Kanadada HBO kataloq lisenziyasını Bell Mediaya vermişdi) proqramlaşdırma üçün eksklüziv hüquqlar vermişdi. Bənzər səbəblərə görə, Netflix kimi abunə olunan seç-izlə xidmətlərində mövcud olan məzmun kitabxanası da bölgələr arasında dəyişə bilər və ya xidmət istifadəçinin ölkəsində ümumiyyətlə mövcud olmaya bilər. Coğrafi bloklama digər məqsədlər üçün də istifadə edilə bilər.