Romeo və Cülyetta (Prokofyev)
Romeo və Cülyetta (ing. Romeo and Juliet , rus. Ромео и Джульетта) – rus bəstəkarı Sergey Prokofiyev tərəfindən ingilis şairi Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesinin motivləri əsasında bəstələnmiş balet. Bu balet dünyada ən çox səhnələşdirilən və əksər böyük balet şirkət və teatrlarının repertuarına daxil olan əsərlərdəndir. Prokofiyev baletin musiqisini orkestr üçün üç süitası və bəzi pianino işləri əsasında formalaşdırmışdır.
Balet Sergey Radlov və Adrian Piotrovski tərəfindən (o əvvəlcə Romeo və Cülyetta mövzusunun Prokofiyevin özü tərəfindən işlənməsini məsləhət görmüşdür) yaradılmış libretto əsasında, Prokofiyev tərəfindən 1935-ci ilin sentyabrında, Kirov Baletinin (indiki Mariinski teatrı) sifarişi ilə tamamlanmışdır. Orijinal halında balet "xoşbəxt" sonluqlu olsa da, iki tanınmış tənqidçi – "Pravda" qəzetinin tənqidçilərindən biri olan Şostakoviç və "azmış modernistlər"dən olan Piotrovskinin də aralarına daxil olduğu bir çox tənqidçilərin mənfi rəylərindən sonra əsərə bir az diqqət çəkiçi və həyəcanlandırıcı səhnələr əlavə edilmişdir. Baletin musiqisinin yaradılmasında istifadə edilmiş süitalar əvvəlcədən Moskvada və ABŞ – da dinlənilmiş olsa da, tam halda balet 30 dekabr, 1938-ci ildə Çexoslovakiyanın Brno şəhərində ictimayətə təqdim edilmişdir. Əsərin bu gün daha çox istifadə olunan önəmli versiyası isə Leonid Lavrovskinin xareoqrafik quruluşunda, baş rollarda Qalina Ulyanova və Konstantin Sergeyev olmaqla 11 yanvar, 1940-cı ildə Sankt-Peterburq (o zamankı Leninqrad) şəhərindəki Mariinski teatrında (o zamankı Kirov teatrı) təqdim edilmişdir.
1962-ci ildə Ştutqart Baletində "Romeo və Cülyetta" baletinin Con Krankonun təqdimatında təqdim edilməsi ilə şirkət dünya şöhrəti qazanmışdır.