CÜTLƏMƏK

f. Eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq.
[Koroğlu:] Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. Koroğlu”.
[Şirzad] ayaqlarını cütləyərək xalçanın üstündə süzür… M.İbrahimov.
[Əlyarov:] Hə, indi su tök görüm, – dedi və əllərini cütləyib aftafanın qabağına tutdu. M.Hüseyn.

// İki-iki götürmək, ikiləmək, cüt-cüt ayırmaq.
Güləngiz ipək açmağı mükəmməl bildiyi kimi, ipək telləri cütləməyi və burmağı da yaxşı bilir. (Qəzetlərdən).

◊ Başmaqlarını (qabağına) cütləmək – bax başmaq.
O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına. Mir Cəlal.

Синонимы

  • CÜTLƏMƏK qoşalamaq — ikiləmək
  • CÜTLƏMƏK əkmək — şumlamaq
CÜTLƏMƏ
CÜTLƏŞDİRİLMƏ

Значение слова в других словарях