CƏMŞİD

dəbdəbəli, cah-calallı; parıldayan, bərq vuran (İranın əfsanəvi şahlarından biri).
CƏMO
CƏMULLA
OBASTAN VİKİ
Cəmşid
Cəmşid və ya Cümşüd Azərbaycanlılar və Farsların əfsanəvi şahlarının adıdır. "Məlik Cəmşid" və ya "Məlik Cümşüd" hekayələri, Azərbaycan əfsanələri arasında böyük yer tutub. Cəmşid adı Avestadaki "Yimə" və Riq vedadaki "Yəmə" ilə oxşarlığı var. == Cəmşid Azərbaycan əfsanələrində == Vəhid Şükürzadə Bayramlar Bayramıməqaləsində ki El Bilimi nəşriyyəsində çap olub, bu barədə yazıb:"Osturəvi padişah Cəmşid, hələ də bizim xalq nağıllarımızada "Məlik Cümşüd" kimi tanınır". == İslami mənbələrdə == İslami mənbələrdə "Cəmşid"i peyğəmbər "Süleyman" ilə bərabər tutublar. == Cəmşid və Novruz bayramı == Məhəmməd Rza Xeyrifam Novruz Bayramının tarixsəl kökləri məqaləsində yazır:"Bir əfsanəyə görə Azərbaycanda Cəmşidin oxu ov ovlayarkən, bir daşa dəyib, ondan törənən qığılcımlar çevrədəki otları yandırır.Bunu görənlər diz çöküb, oda tapınıb, o günü Novruz adlandırırlar". Vəhid Şükürzadə Bayramlar Bayramıməqaləsində ki El Bilimi nəşriyyəsində çap olub, bu barədə yazıb:"Abureyhan Biruninin yazdığına görə Novruz osturəvi padişah Cəmşidin qızıl təxtə minib, Azərbaycana gəlməsi gündür(Pərviz Yekani – s.117).Məhəmməd Hüseyn Xələf oğlu Təbrizidə eyni rəvayəti belə yazmışdır:"Cəmşid yer üzünü gəzirmiş, Azərbaycana çatınca, boyurdu cəvahirlərlə suslənmiş təxtini üzü gündoğana, hündür bir yerdə qursunlar, özüdə cəvahir tacını başına goyub, təxt üzərində əyləşir.Gün çıxınca, işığı tac o təxtə düşərək, çox parlaq şoalar saçıldı, xalq sevinib, söylədilə:Bu yeni gündür"(Borhani qate)....həm də ağsaqqallarımızdan belə eşitmişik ki bu bayram "Məlik Cümşüd"dən qalıb".
Cəmşid Cəfərov
Cəmşid Cəmşidiyan
Cəmşid Bəhmən Cəmşidiyan – (Ərbab Cəmşid ) İranda görkəmli zərdüştilərdən olmuşdur. Cəmşid Bəhman İranda müasir bank ideyasın təqdim etmişdir. İran parlamentində Zərdüşt icmasının ilk nümayəndəsi seçilmişdir.. == Məşrutə inqilabında rolu == Məşrutə inqilabında, məşrutəçilərə bir çox maliyyə köməkliyi etmişdir və öz bağını ,Səttar xan, Bağır xan və Şahsevənlərin ixtiyarına vermişdir.
Cəmşid Günaşvili
Cəmşid Günaşvili (gürc. ჯემშიდ გიუნაშვილი; 1 may 1931, Tehran – 21 yanvar 2017, Tbilisi) – Gürcüstan dilşünası, iranoloqu, tədqiqatçısı, yazıçısı və diplomatı. On il müddətində Gürcüstanın İrandakı ilk səfiri olaraq vəzifə yerinə yetirmişdir.
Cəmşid Haşempur
Cəmşid Haşempur və ya Cəmşid Arya (fars. جمشید هاشم‌پور‎‎, 23 mart 1944, Tehran)— Azərbaycan əsilli iranlı aktyor. Cəmşid Haşempur 80-dən artıq aksion və triller filmlərində oynamış yeganə iranlı aktyordur . == Həyatı == Cəmşid Haşempur 1944-cü ilin mart aynın 23-də Tehran şəhərində Azərbaycan əsilli ailədə anadan olmuşdur. Aktyorluq fəaliyyətinə 1967-ci ildən başlamışdır. == Filmoqrafiyası == Dadshah (1983) Qartallar (ing. Eagles, 1984) Taraj (1985) Yoozpalang (1985) Bıçaq və ipək(ing. The Blade and the Silk, 1987) Böyük gün (ing. The Grand Day, 1989) Ana (ing. Mother, 1991) Sonuncu hərəkət (ing.
Cəmşid Hənifəyev
Cəmşid Hənifəyev - SSR Ali Sovetin Deputatı, Savxoz Direktoru 1926-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur.
Cəmşid Məhərrəmov
Cəmşid Məhərrəmov - (4 avqust 1983) Azərbaycanlı futbolçu
Cəmşid Naxçıvanski
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938, Lefortovo həbsxanası) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı. == Həyatı == Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. == Hərbi xidmətin başlanması == 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır..
Cəmşid Qinuaşvili
Cəmşid Günaşvili (gürc. ჯემშიდ გიუნაშვილი; 1 may 1931, Tehran – 21 yanvar 2017, Tbilisi) – Gürcüstan dilşünası, iranoloqu, tədqiqatçısı, yazıçısı və diplomatı. On il müddətində Gürcüstanın İrandakı ilk səfiri olaraq vəzifə yerinə yetirmişdir.
Cəmşid xan
Cəmşid xan (v. 1667) — XVII əsrdə Səfəvi hərbi komandiri və məmuru. "Mənşəyi bəlli deyil", bir zamanlar Şirvan və Astarabad bəylərbəyi olan qulam Hacı Mənuçehr xanın oğlu hesab olunur. Cəmşid xan 1663-1667-ci illərdə şah qulam korpusunun (qullar ağası) komandiri vəzifəsində çalışmışdır. 1646-1656-cı illərdə Simnan, 1656-1664-cü illərdə Astarabad bəylərbəyi və 1663-cü ildən bir müddət sonra Qəndəhar bəylərbəyi vəzifələrini icra etdi. Xüsusilə qullar ağasının yüksək vəzifəsi sayəsində Cəmşid xan Səfəvilər dövlətində böyük nüfuz qazandı, bu, sonradan baş vəzir Mirzə Məhəmməd Kərakinin (1661-1691) Cəmşid xanın gücündən istifadə etməsi ilə nüfuzuna təsir etdi. 1667-ci ildə vəfat etdi. == İstinadlar == == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008.
Cəmşid Əmirov
Əmirov Cəmşid Cabbar oğlu (10 fevral 1918, Naxçıvan – 29 dekabr 1982) — nasir, Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. "Azərbaycan gəncləri" qəzetində məsul katib (1937–1940), "Gənc işçi" qəzetində şöbə müdiri (1940–1941), "Bolşevik" qəzetində məsul katib (1941), "Əzizbəyovneft" şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur. Ordudan tərxis ediləndən sonra "Amustral"ın tikintisində fəal iştirak etmişdir. Sonra "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri, "Sovet ticarəti" (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, "Azərbaycan neft təsərrüfatı" jurnalında redaktor müavini, "Bakı" qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969–1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır.
Qiyasəddin Cəmşid
Qiyasəddin Cəmşid, (Fars: غیاثالدین جمشید کاشانی, Ərəb: غياث الدين جمشید بن مسعود بن محمد الكاشي, Ġiyāṯ ad-Dīn Ǧamšīd min Mas'ūd min Muhammad al-noyabr) (təq. 1380, Kaşan, Teymurilər dövləti – 22 iyun 1429, Səmərqənd, Teymurilər dövləti) 14-cü əsrin son yarısında Kaşanda anadan olub, həkim, riyaziyyatçı və astronomdur Ölüm tarixi dəqiq deyil. Uluğ bəyin dəvəti ilə təhsilini Kaşanda bitirmiş və Samarqandda getmiş və burada təhsilini davam etdirmişdir. Riyaziyyat və astronomiya üzrə işləyən Əl-Kaşi, aritmetik sistemdə onlu sistemdən istifadə edən ilk şəxsdir. Meraga Rəsədxanasında aparılan müşahidələrlə əlaqədar olaraq, İlhan Zic adlı əsərlərin oxunması Hakan tərəfindən yazılmış, əsəri Zhan tərəfindən tamamlanmışdır. Süllem əl-Səma işində o, göy cisimlərinin məsafələrində problemi müzakirə etdi. Gıyaseddin Cəmşid əl-Kaşinin ən əhəmiyyətli əsəri, Orta əsr İslam Dünyasında riyaziyyat biliklərini bütün istiqamətləriylə təqdim edən Matematik Açarı adlı kitabdır; bu işin bir hissəsində ondalık fraksiyaları nəzəri baxımdan təhlil edib əlavə olaraq, toplama, çarpma və bu fraksiyalara bölmək kimi aritmetik əməliyyatların necə həyata keçirildiyini göstərdi; Burada verdiyi məlumatlar 16-cı əsrin Osmanlıdakı tanınmış riyaziyyatçılarından və astronomlarından biri idi. Takiyüddin (Ərəb dili) [2]) trigonometriya və astronomiya tətbiq edilərək inkişaf etdiriləcək.
Ərbab Cəmşid
Cəmşid Bəhmən Cəmşidiyan – (Ərbab Cəmşid ) İranda görkəmli zərdüştilərdən olmuşdur. Cəmşid Bəhman İranda müasir bank ideyasın təqdim etmişdir. İran parlamentində Zərdüşt icmasının ilk nümayəndəsi seçilmişdir.. Məşrutə inqilabında, məşrutəçilərə bir çox maliyyə köməkliyi etmişdir və öz bağını ,Səttar xan, Bağır xan və Şahsevənlərin ixtiyarına vermişdir.
Cəmşid xan Məcdüssəltənə
Cəmşid xan Ərdəşir xan oğlu Məcdüssəltənə (1857, Urmiya – Urmiya) — Təbrizin valisi, tarixçi, jurnalist. == Həyatı == Cəmşid xan Ərdəşir xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dədə-baba yolu ilə gedərək hərb sənətini seçmişdi. Əmir tuman rütbəsinə qədər yüksəlmişdi. Məcdüssəltənə ləqəbini daşıyırdı. O, tarixçi olmaqla yanaşı həm də jurnalist idi. Onun vəsaiti ilə Təbrizdə bir neçə qəzet nəşr edilirdi. Məcdüssəltənə Avşarın başçılığı və Möhsünün müdirliyi ilə Təbrizdə hicri qəməri 1337 (1918)-ci ildə "Azərbaycan" adlı həftəlik qəzet çıxırdı. Məcdüssəltənə 1914-cü ildən sonra Qafqaza getmişdi.
Cəmşid xan Naxçıvanski
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938, Lefortovo həbsxanası) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı. == Həyatı == Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. == Hərbi xidmətin başlanması == 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır..
Cəmşid Naxçıvanski (film, 1982)
== Məzmun == Film görkəmli sərkərdə, general Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli həyat yolundan bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Ramiz Duyğun Operator: Rafiq Qəmbərov, Amin Novruzov Səs operatoru: Akif Nuriyev Mətni oxuyan: Nuriyyə Əhmədova (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Cəmşid Naxçıvanskinin ev muzeyi
Cəmşid Naxçıvanskinin ev muzeyi — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Atatürk küçəsində tarixi-memarlıq abidəsi. Şərq və Qərb memarlıq elementlərindən istifadə edilərək tikilmiş xan evi. == Tarixi == Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar yaradılmışdır. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən 3208 eksponat nümayiş etdirilir ki, bunlara da fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s. aiddir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. == Binası == Muzeyin binası XIX əsrin II yarısında Cəmşid Naxçıvanskinin atası Cəfərqulu xan tərəfindən tikdirilmişdir. 1920-ci ilə qədər Cəmşid Naxçıvanskinin ailəsi bu evdə yaşamışdır. Bina 2 mərtəbəlidir. Birinci mərtəbəyə giriş cənub tərəfdəki həyətdəndir.
Cəmşid Naxçıvanskinin ev-muzeyi

Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tarixi == Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Cəmşid Naxçıvanski adına hərbi litsey

Dizaye Cəmşid Xan
Dizaye Cəmşid Xan (fars. ديزج جمشيدخان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 498 nəfər yaşayır (102 ailə).
Böyük Cəmşidli
Böyük Cəmşidli — Ararat rayonunda kənd adı. 1828–1832-ci illərdə kənddə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır XX əsrin 30-cu illərində kənd Cəmşidli-Mets adlandırmışdır.
Civanci Cəmşidci Modi
Ser Ərvad Civanci Cəmşidci Modi (1854-1933) — Şəms-ül-üləma tituluna sahib, Zərdüşti dini lideri. 70-dən çox kitabın, 120-dən çox elmi əsərin müəllifidir. Hindistan Parsi cəmiyyətinin ən öndə gələn şəxslərindən sayılırdı. 1925-ci ildə Atəşgahı ziyarət etmiş, bu məbədin əslində zərdüşt yox, hindu məbədi olduğunu dəqiqləşdirmişdir.
Cəmşidabad (Marağa)
Cəmşidabad — İranın Sərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəindən 28 km şimal-qərbdədir.
Cəmşidci Tata
Cəmşidci Nuşervanci Tata (Qucaratca:જમ્શેત્જી નુંસ્સેર્વાનજી ટાટા; 3 mart 1839 – 19 may 1904, Bad-Nauhaym[d], Hessen) — Hind sənayeçisi. Tata Qrupu şirkətlərinin yaradıcısı. Hindistan sənayesində gördüyü işlərə görə hind sənayesinin atası adlandırılmışdır".. Ailəsi əslən Parsi mənşəlidir. == Həyatı və fəaliyyəti == Cəmçidci Tata 20 yaşında Çinə getmişdir. Çindən Hindistana müxtəlif növ əmtəə ixracı ilə məşğul olmuş və qısa zaman ərzində varlanmışdır. Hindistana qayıtdıqdan sonra ixracatla məşğul olan şirkət yaratmışdır. Şirkətin Pekin, Tokio, Paris, London və Nyu-York kimi şəhərlərdə mərkəzləri açılmışdır. 1874-cü ildə Mumbay və Nagbur şəhərlərində iki fabrika açmışdır. XX əsrin sonlarına yaxın Tata Hindistanın yeraltı sərvətlərindən əlverişli istifadə edilməsi üçün plan hazırladı.
Şamil Cəmşidov
Şamil Allahverdi oğlu Cəmşidov(5 may 1920, Ağcabədi, Şuşa qəzası – 8 dekabr 2008) — şərqşünas-filoloq, Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri üzvü Şamil Allahverdi oğlu 5 may 1920-ci ildə Ağcabədi rayonunda anadan olub. Ali təhsil aldıqdan sonra əsas əmək fəaliyyətinə müəllimliyə başlamış, Ağdam İnstitutunda baş müəllim (1949–1953), Ağcabədi Şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat və məntiq-psixologiya müəllimi vəzifəsində işləmişdir. 1954-cü ildə Respublika Akademiyasının Əlyazmalar fonduna (indiki M. Füzuli adına Əlyazmalar İnstitutu) elmi işə dəvət olunmuşdur. Akademiyada işlədiyi yarıməsrlik əmək fəaliyyəti dövründə Əlyazmalar Xəzinəsinin zənginləşməsi, təbliği, azəsi türk dilinin mənşəi və Azərbaycan ədəbiyyatının bir sıra problem məsələlərinin həllində böyük xidmətləri olmuşdur. Şerimizdə müasir təhsilin vəziyyəti, Azərbaycan zəmində türk dilinin qədimliyi, M. Füzulinin, Vaqifin, Vidadinin və Çəmənzəminlinin həyat və yaradıcılığına mühüm yeniliklər gətirmişdir. Alimin ən mühüm elmi fəaliyyəti Azərbaycan yazılı dastan abidələrinin və birinci növbədə "Kitabi-Dədə Qorqud"un tarixi tədqiqinə həsr olunmuş, bu sahədəki elmi nailiyyətləri, onu dünya türkologiyasında görkəmli Qorqudşünas kimi tanıtmışdır. 1."Kitabi-Dədə Qorqud"u vərəqləyərkən (monoqrafiya). Bakı, Gənclik, 1969, 100s. 2. "Kitabi-Dədə Qorqud".