Cənub-şərqi Qaraqum (türkm. Günorta-Gündogar Garagum) — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum səhrasının tərkibinə daxildir.
Cənub-şərqi Qaraqum səhrası | |
---|---|
türkm. Günorta-Gündogar Garagum | |
Yerləşməsi | |
38°30′00″ şm. e. 63°00′00″ ş. u.HGYO | |
Ölkə | Türkmənistan |
|
|
|
Səhra Amudərya və Tecen çayları arasənda qərarlaşır[1]. Cənub-şərqi Qaraqum ilə Mərkəzi Qaraqumun sərhədindən Tecen Çarcou dəmir yolu keçir. Cənub-şərqi Qaraqum kifayət qədər düzəngahdır[2]. Hündürlük 50–200 m arasında dəyişir[1]. Qum silsilələri 3–30 m hündürlüyə, 150-200 metr uzunluğa malik olur[3]. Burada barxanlara, şoranlıqlara və takırlara rast gəlmək olur.
Cənub-şərqi Qaraqum səhrasında qədim çayın yadağı yerləşir ki, hazırda Qaraqum kanalı axarlar hərəkət edir[4]. Səhrada şirin suya malik quyular vardır. Bəzi quyuların dərinliyi 300 metrdir.
Bayram-Əlidə qaz yataqları vardır. Üstəlik neft ehtiyyatlarına malikdir.
Cənub-şərqi Qaraqum ərazisində Repetek qoruğu yerləşir.