DÖNGƏ
DÖNGƏLƏMƏ
OBASTAN VİKİ
Melisa Döngəl
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Döngələr (teleserial, 2012)
"Döngələr" — Çoxseriyalı film. Filmi Carçı Film çəkmişdir. == Haqqında == Filmin rejissoru Cavid Təvəkküldür. "Döngələr"in iknici rejissoru Rövşən Ağayevdir. Ekran işində baş rolları əməkdar artist Eldəniz Rəsulov və Abbas Qəhrəmanov oynayıblar. Filmin ssenari müəllifi yazıçı-publisist, dramaturq Rafiq Səməndər, direktoru isə İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovdur. == Məzmun == Yarı detektiv və yarı melodram janrında olan filmdə 1988-1989-cu illərin hadisələri cərəyan edir. Filmdəki hadisələr maraqlı xətt üzrə cərəyan edir. == İstinadlar == == Mənbə == Cansail, Y. "Döngələr": [rejissoru Cavid Təvəkkül olan eyni adlı bədii televiziya filmi haqqında] //Mədəniyyət. — 2011.- 20 iyul.- S. 10.
Ömər Döngəloğlu
Ömər Döngəloğlu (türk. Ömer Döngeloğlu; d.1968 Zile, Tokat - 3 may 2020, İstanbul) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı. Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır. 2020-ci ildə Koronavirüs səbəbindən dünyasını dəyişib. == Həyatı == 1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir. 1986-1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və Siyer-i Nebi haqqında araşdırma aparmış, səyahət etmişdir. === Ölümü === 3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi.

Digər lüğətlərdə