DÜMDÜZ

sif. Çox düz, tamamilə düz. Dümdüz çöl. Dümdüz ağac. Dümdüz qamət.
– Hündür, dümdüz şam ağaclarının qol-budağı üşüyürmüş kimi qar təpələri altında titrəşirdi. M.İbrahimov.
Dəniz sakit, şüşə kimi; Dümdüz idi mavi sular. M.Dilbazi.

// Zərf mənasında.
Çovğun gecə dümdüz edir yer üzün; Qar işığı gündüz edir yer üzün. A.Səhhət.
İnsan oğlu gecələri; Şəhər salır, boz dağları; Qüdrətilə dümdüz edir. M.Rahim.

// Dik, dikinə.
Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti dedi… M.Hüseyn.
[Qədir] qulluq məqamında donmuş kimi dümdüz dayandı. Mir Cəlal.

Синонимы

  • DÜMDÜZ dik
DÜMBÜRİDƏ
DÜMƏLƏNMƏ

Значение слова в других словарях