Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Düzlən
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. == Komandanın icrası == Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Düzlər
Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir. 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Güzlək
Aşağı Güzlək
Örüzmək
Dizək
Dizək — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, nda, kənd.1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Orta fars dilində dizək-"qala" sözündəndir. Dağlıq Qarabağın orta əsrlərdə Dizak mahalının (indiki Cəbrayıl rayonunun ərazisi) adı ilə mənaca eynidir.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Düzcə
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir.
Aşağı Güzdək
Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdır. 1965-ci ildən qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlı yaranmışdır. Oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıdır.
Aşağı Güzlək
Aşağı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd həmin rayondakı Yuxarı Küzlək kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1922-ci ilə aid mənbədə Gəncəsər monastırına məxsus kəndlər sırasında Güzlək də çəkilir. Türk dillərində küz “payız otlağı“, “göy otlu yer“, “ quzular üçün payız otlağı“ sözündən və məkan bildirən -lək şəkilçisindən ibarətdir. Mənaca Küzdək kənd adı ilə eynidir. Kənd Qozluçay dərəsində,Pirəhmədli və Qarakollu kəndləri arasında yerləşir. Aşağı Güzlək kəndi 1993-cü ilin avqust ayının 23 də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. 2020-ci ilin noyabr ayının 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Güzdək (indiki Yuxarı Güzlək) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Güzlək yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Yuxarı Güzlək
Yuxarı Güzlək – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı” mənasındadır.
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Düymə (geyim)
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Örüzmek
Düzce
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Aleksandr Dubçek
Aleksandr Dubçek (slovak. Alexander Dubček; d. 27 noyabr 1921 – 7 noyabr 1992) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birinci katibi (1968–1969). Praqa baharının rəhbəri kimi tanınır. == Siyasi fəaliyyəti == 1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı "Fəaliyyət proqramı"nda yeni, demokratik Çexoslovakiyanın şəraitində sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina olunurdu. 1968-ci il 21 avqustda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstan Çexoslovakiya ərazisinə təcavüz etdilər. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. Beynəlxalq ictimaiyyətin ittihamından çəkinən Sovet hökuməti Dubçeklə danışıqlar aparmağa məcbur oldu. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında saziş bağlanması ilə başa çatdı.
Buzdək rayonu
Buzdək rayonu (başq. Бүздәк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Buzdək kəndidir. Kənd Ufa şəhərindən 112 km aralıda yerləşir. == Coğrafi yerləşməsi == Buzdək rayonu Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1710 km² təşkil edir. Ərazisi şimaldan cənuba uzanmış formaya malikdir. Çermasan çayının şimal qolları rayon ərazisindən axır. Ərazisində əsasən qara torpaqlar yayılsa da cənub hissədə bəzən talalar şəklində boz meşə torpaqlarına rast gəlmək olar. Meşələrində şam, palıd ağacları üstünlük təşkil edir.
Coş Duamel
Coş Duamel (ing.: Joshua David Duhamel, 14 noyabr, 1972, Şimali Dakota, ABŞ) — Amerika aktyoru. == Həyatı == Coş Duyamel, bir katolik ailəsində Minot, Şimali Dakotada anadan olubdur. O, Bonni L. Kemper, bir bədən tərbiyəsi müəllimi və Larri Deyvid Duamel, bir reklam satıcısının oğludur.
Durmən (Şaran)
Durmən (başq. Дүрмән, rus. Дюрменево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 11 km, kənd sovetliyindən (Çalmalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (83%) üstünlük təşkil edir.