1. Düyməsi olan, düymə ilə bağlanan, düymələnən. Düyməli köynək.
– Əyricə qaşı var, ucu əyməli; Kətan köynək geyib, köksü düyməli.
Gülşad göyzəmin krepsatindən yaxası düyməli, qollu, uzun don geymiş(di).
2. Düymələnmiş, düymə açmış, tumurcuqlanmış.
3. Ucu düymə şəklində olan; ucudüyməli.
Hacı Mirzə Həsən bir qutu düyməli peronu Əminüddövlənin qabağındakı mizin üstünə qoydu.