1. sif. Tükü tökülmüş, qotur. Dılğır at.
– Sən qovdun kənddən elin kor, dılğır yabısını.
2. is.və sif. Boş, avara, lüt, yaramaz. Dılğırın biridir.
– Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: – Bala, adam ol!
O dılğır Xəlilin gözünün odunu niyə almamısan ki, … adın gələndə dizləri əssin?
// sif. isteh. Vecsiz, heç bir şeyə yaramayan.
Doğrudur, … incimişəm, ancaq bu, kəndimizin pisliyinə dəlalət etməz ki, iki yüz mənim kimi dılğır adam incisin bizim kənddən…