1. Kəmiyyət bildirən sözlə birgə işləndikdə bir işin, hərəkətin, hadisənin hər bir momentini, təkrarını bildirir; kərə. Bir neçə dəfə. Çox dəfə. – On dəfə ölç, bir dəfə biç. ( Ata. sözü ).
2. Sıra sayları və işarə əvəzlikləri ilə birgə işləndikdə, təkrar edilən eyni hadisələrin, işlərin, keyfiyyətlərin və s.-nin birisini ifadə edir. İkinci dəfə təkrar etmək.
□ Bir dəfə – günlərin birində, haçan isə keçmişdə.
Bir dəfə də olsa – heç, qətiyyən, əsla, heç vaxt.
Çox dəfə – dəfələrlə, çox vaxt, təkrarən.
Əvvəl dəfələrdə – ilk çağda, ilk vaxtlarda, ibtidada.
Hər dəfə – həmişə, hər vaxt, daim.
O dəfə – onda, o vaxt. Nurcabbar çarpayıda yerini rahatlayıb dəftərin bir neçə səhifəsini çevirdi.