Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bir dəfə Qafqazda (rus. Однажды на Кавказе) — Keçmiş KVN komandaları "Bakılı Oğlanlar" və "Dağıstan Avaraları"nın birgə işi. Azərbaycan-Dağıstan birgə kino-komediyası
Bir dəfə Qafqazda | |
---|---|
rus. Однажды на Кавказе | |
Janr |
komediya macəra musiqili məhəbbət |
Rejissor | Cavid İmamverdiyev |
Ssenari müəllifləri | Artur Əliyev, Marat Hacıyev, Səid Davdiyev, İbrahim Məhəmmədov, Elçin Əzizov, Cavid İmamverdiyev |
Baş rollarda |
Bəhram Bağırzadə-Kazbek Hacımurad Nəbiyev-Kazbekin dostu Elçin Əzizov-Kazbekin dostu Azər Məmmədzadə-Kazbekin dostu Xəlil Musayev-Fazil Ratmir İbrahimov-Kazbekin dostu Emil Abbasov-Kazbekin dostu |
Operator | Samir Həsənov |
Bəstəkarlar | Benya Anisimov, Eyzer |
İstehsalçılar |
Ratio TV, Bakı Drims Menecment, Mahaçqala |
İlk baxış tarixi |
1 fevral 2007, Mahaçqala, Dağıstan, Rusiya 14 fevral 2007, Bakı 15 fevral 2007, Bakı 16 fevral 2007, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 110 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | Rus dili |
İl | 2007 |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı, Mərdəkan qəsəbəsi Bakı, Zaqulba qəsəbəsi Bakı, Buzovna qəsəbəsi Bakı |
Filmdə söhbət sədaqətli dostlardan gedir. O dostlardan ki, dar ayaqda, ağır gündə insanın köməyinə məhz onlar gəlirlər.
Kazbek Dağlarov (Bəhram Bağırzadə) "Lastoçka" adlı pansionatın müdiridir. Lakin Yaramazov (Fuad Osmanov) onun quyusunu qazmaqla məşğuldur, nazir Fatimə xanıma (Gülşən Qurbanova) onun haqqında gərəksiz məlumatlar ötürür. Nəhayət, Fatimə xanım Kazbekin qabağında şərt qoyur. Əgər Krasnodardan pansionatda qalmağa gələn yüngül atletika üzrə qızlar komandasından kiçik bir şikayət gəlsə, o Kazbeki işdən çıxaracaq. Belə çətin vəziyyətə düşən Kazbek dostlarını köməyə çağırır. Və Kazbekin sadiq dostları onu bu çətinlikdən qurtarır.
Azərbaycan filmlərinin siyahısı