DƏMİRLİ

s. ferreous; geol. ferruginous; (su) chalybeate; ~ sular chalybeate waters

DƏMİRÇİLİK
DƏMİRYOL
OBASTAN VİKİ
Dəmirli
Yaşayış məntəqələri Dəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Altun Dəmirli
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Dəmirli (Ağdərə)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Dəmirli (Bolnisi)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Dəmirli (Borçalı)

Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Dəmirli nekropolu
== Coğrafi mövqeyi == Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. == Ümumi məlumat == Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Elşən Dəmirli
Hüseyn Dəmirli
Mehman Dəmirli
Mehman Dəmirli (Dəmirli Mehman Əlişah oğlu; d. 1964. Ərəbqədim, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ) — Hüquq elmləri doktoru, professor. “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Avropa İttifaqı hüququ və müqayisəli hüquqşünaslıq kafedrasının professoru. == Həyatı == Dəmirli Mehman Əlişah oğlu 1964-cü il yanvarın 23-də Azərbaycan Respublikası Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini, 1994-cü ildə isə həmin universitetin aspiranturasını (qiyabi) bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət-hüquq şöbəsində işləyib. 1994-2003-cü illərdə Bakı Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası və Bakının digər ali məktəblərində dərs deyib. M.Dəmirli 1998-ci ildə Odessa Dövlət Hüquq Akademiyasında (indiki “Odessa Hüquq Akademiyası” Milli Universiteti) “Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə isə Yaroslav Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasında (Xarkov) “dövlət və hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə “Tarixi-hüquqi idrakın predmet sahəsi: ənənə və yenilənmə (epistemoloji analiz)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Dəmirli yaşayış yeri
Dəmirli — Naxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində Erkən Orta əsrlərə aid yaşayış yeri. == Haqqında == Culfa rayonunun Ləkətağ kəndinin şimalında yaşayış yeri. Dəmirliçayla Bərxudarçayın qovuşuğunda yerləşir. Yaşayış yerinin böyük hissəsi Dəmirliçayın sağ sahilini əhatə edir. Abidənin ərazisində dördkünc və dairəvi formalı binaların qalıqları izlənməkdədir. Yerüstü materiallar olduqca azdır. Bəzi hissələrdə iri daşlardan hörülmüş, xalq arasında "kələk" adlandırılan tikintilərin qalıqları mövcuddur. Tədqiqatlara əsasən demək olar ki, yaşayış yeri yarımköçəri maldar tayfaların yurd yeri olmuşdur. Aşkar olunmuş arxeoloji materiallar Son Antik və Erkən Orta əsrlərə aiddir. Yaşayış yerini I-VII əsrlərə aid etmək olar.
Dəmirlidağ
Dəmirlidağ – Culfa rayonu ərazisində dağ (hünd. 3368,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Əlincəçayın Dəmirlisu qolunun mənbə hissəsində zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lava-brekçiyalarından təşkil olunmuş cənub-qərb yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Cənub-qərb yamacında andezitli porfirit tərkibli iki subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Kolanısu antiklinalının şimal qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları, həmçinin dioritli porfirit daykaları izlənilir.
Dəmirlisuçay
Dəmirlisuçay — Culfa rayonu ərazisində çaylar. == I Dəmirlisuçay == Culfa rayonu ərazisində Əlincəçayın (Arazın qolu) sağ qoludur. Soltanbud dağının şərq ətəyindən başlanır. Uzunluğu 6 km.-dir. Əsasən qar və yağış suları ilə qidalanır. == II Dəmirlisuçay == Culfa rayonu ərazisində Ləkətağçayın (Əlincə hövzəsi) sol qoludur. Zəngəzur silsiləsinin yamacından, 2950 m hündürlükdən başlanır. Uzunluğu 8 km-dir. Əsasən, qar suları və yeraltı sularla qidalanır.

Значение слова в других словарях