DƏMİRTİKAN

is.
1. bot. Gövdəsi yerə sərilən tikanvari bitki.
2. Sahələri hasarlamaq üçün işlədilən tikanlı məftil. Səngərlərin qabağına dəmirtikan çəkmək.
DƏMİRLİ
DƏMİRTİKANLIQ
OBASTAN VİKİ
Dəmirtikan
Dəmirtikan (lat. Tribulus) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinə aid bitki cinsi.
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinin dəmirtikan cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.

Значение слова в других словарях