1. İçdən, çox dərin.
Firidun ayağa durub köksünü ötürdü, dərindən nəfəs aldı.
Güllü dərindən qıy çəkdi.
2. Diqqətlə, fikrini cəmləşdirərək.
Həcər dərindən qulaq verib, güllə səsi eşitdi. “ ”.
// Əsaslı surətdə.
Sözün düzünü desək, Fərman ekskavatorçuluq həvəsinə düşəndə bu iş üçün əməlli-başlı, dərindən oxumaq lazım gələcəyini bilmirdi.
3. Hərtərəfli, çox ciddi. Dərindən düşünmək.
–N.Nərimanovu, ehtimal ki, gənc Verterin iztirabları dərindən mütəəssir etmişdir.
4. Çox, olduqca, son dərəcə.
// Şiddətli, güclü.
Toplarımızın dərindən nərə çəkməsinə baxmayaraq, düşmən yerindən tərpənmirdi …