DƏRKƏNAR

is. [ fars. ] Ərizələrin, rəsmi kağızların və s.-nin kənarında, adətən sol bucağında bir idarənin, təşkilatın və s.-nin rəhbəri tərəfindən yazılan mülahizə, göstəriş, sərəncam, qeyd.
Dəmirov o biri nüsxəni çıxarıb sədrə təqdim etdi və dərkənar qoyulmuş vərəqəni götürdü. S.Rəhimov.
Yunis ərizə və ezamiyyət kağızını çıxarıb göstərdi.
Beloborodov oxudu, qələm alıb dərkənar yazdı. Mir Cəlal.

DƏRKEDİLMƏZLİK
DƏRMAN

Значение слова в других словарях