1. Dəstə halına salmaq, dəstə etmək.
Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı.
2. Bir yerə yığmaq, yığışdırmaq.
[Qazı] …utandığından Güllü qızın üzünə də baxa bilməyib, abasının ətəyini dəstələyib evinə getdi. ( ).
Xanpəri tez ayağa durub tumanının ətəklərini dəstələdi, “gecəniz xeyrə qalsın!” – deyib cəld çölə fırlandı.
Aftab xanım tumanının ətəyini əlində dəstələyib yavaş-yavaş pilləkənlə ikinci mərtəbəyə çıxmağa başladı.
3. Çin-çin yığmaq.
Muzdur kişi indi cığcığa kimi yüzlükləri on-on bir-birinin üstə dəstələyib evin ortasında düzdü.