1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır.
– Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı üçün yuxudan ayıldı.
2. Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). Quduz canavar kimi dalamaq.
– Qurdumuz quduzdur, dalar; Şahinimiz durna ovlar. “ ”.
Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır.
3. Sancmaq. Taxtabiti dalayır.
4. məc. Acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə).
[Hacı Fərəc:] Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır.
◊ Yan-yörəsini dalamaq – hamını sancmaq, acılamaq, söymək, təhqir etmək.
[Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan.