DALAMAQ

f.
1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır.
– Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı üçün yuxudan ayıldı. Ə.Vəliyev.

2. Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). Quduz canavar kimi dalamaq.
– Qurdumuz quduzdur, dalar; Şahinimiz durna ovlar. Koroğlu”.
Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır. O.Sarıvəlli.

3. Sancmaq. Taxtabiti dalayır.
4. məc. Acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə).
[Hacı Fərəc:] Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır. N.Vəzirov.

◊ Yan-yörəsini dalamaq – hamını sancmaq, acılamaq, söymək, təhqir etmək.
[Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DALAMAQ yandırmaq — göynətmək
  • DALAMAQ qapmaq — dişləmək
  • DALAMAQ sancmaq — acıtmaq — incitmək
DALAMA
DALAN

Digər lüğətlərdə

беко́н конова́л навя́ливаться отпа́риваться подзо́л смути́тель сторо́нний тринадцатиле́тний артериа́льный атеи́зм не лень тебе неукосни́тельность о́пытный утилиза́тор Подляшье imperferate isolation joram Liège plumbing-rope receiving-order zealously бачки исполинский насидеться