DALDALANMAQ

f.
1. Dalda bir yerə sığınmaq, çəkilmək, pənah aparmaq.
Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Çəmənzəminli.
[Qadın] …daldalanmaq üçün bir bucaq, sığınacaq axtarır. Ə.Məmmədxanlı.

// Özünü bir şeyin təsirindən qorumaq üçün bir yerə çəkilmək. Ağacın altında daldalanmaq.
2. məc. Gizlənmək. Qapının dalında daldalanmaq.
– Cəmalın görəndə daldalanır ay. Q.Zakir.

Синонимы

  • DALDALANMAQ gizlənmək — qorunmaq
  • DALDALANMAQ sığınmaq — çəkilmək
DALDALANMA
DALDALANMALI

Значение слова в других словарях