DALL

ə. dəlalət edən, sübut edən.

DALİYYƏ
DAM
OBASTAN VİKİ
Dall adası
Dall adası (ing. Dall Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərbində yerləşir. Təxminən 73 km uzunluğa və 14 km enə malikdir. Adanın sahəsi 657,9 km²-dir və bu göstərici ilə ABŞ-də 28-ci ən böyük adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 745 m yüksəklikdədir. Adanın ən cənub nöqtəsi Muson burnudur. Burun Alyaska ilə Kanadanın Britaniya Kolumbiyası əyaləti arasında dəniz sərhədi olan A-B xəttinin qərb ucu hesab olunur. 2000-ci il siyahıyaalınmasına əsasən ada əhalisinin sayı 20 nəfər olmuşdur. Ada əvvəlcə İspan dəniz zabiti Xuan Fransisko-de-la-Bodeqa-i-Kuadranın şərəfinə Kuadra adlandırılır.
DALL-E
DALL·E, DALL·E 2, və DALL·E 3 — təbii dil açıqlamalarından (promptlar) rəqəmsal şəkillər yaratmaq üçün dərin öyrənmə metodologiyalarından istifadə edərək OpenAI tərəfindən hazırlanmış mətndən-şəklə çevirici modellər. Orijinal DALL·E OpenAI tərəfindən 5 yanvar 2021-ci ildə bloq yazısında elan edilib və şəkillər yaratmaq üçün modifikasiya olunmuş GPT-3 versiyasından istifadə edir. 6 aprel 2022-ci ildə OpenAI "konseptləri, atributları və üslubları birləşdirə bilən", daha yüksək çözümlülükdə daha real təsvirlər yaratmaq üçün nəzərdə tutulmuş yeni versiyanı - DALL·E 2-ni elan etdi. 2023-cü ilin sentyabrında OpenAI, əvvəlki iterasiyalarla müqayisədə "əhəmiyyətli dərəcədə daha çox nüans və təfərrüatı" başa düşməyə qadir olan DALL·E 3-ü elan etdi. 20 iyul 2022-ci ildə DALL·E 2, gözləmə siyahısında olan 1 milyon şəxsə göndərilən dəvətlərlə beta mərhələsinə keçdi; istifadəçilər hər ay pulsuz olaraq müəyyən sayda şəkil yarada və daha çoxunu satın ala bilirdilər. Etika və təhlükəsizliklə bağlı narahatlıqlara görə əvvəllər araşdırmaya baxış üçün giriş sadəcə öncədən seçilmiş istifadəçilərə verilmişdi. 28 sentyabr 2022-ci ildə DALL·E 2 ictimai olaraq açıldı və gözləmə siyahısı tələbi silindi. 2022-ci ilin noyabr ayının əvvəlində OpenAI DALL·E 2-ni API olaraq buraxdı və tərtibatçılara modeli öz tətbiqlərinə inteqrasiya etməyə imkan verdi. Microsoft, Bing və Microsoft Edge-ə daxil edilmiş Designer proqramında və Image Creator alətində DALL·E 2 tətbiqini təqdim etdi. API təsvirə görə qiymət əsasında işləyir, qiymətlər təsvirin keyfiyyətindən asılı olaraq dəyişir.
Banksia dallanneyi
Dryandra lindleyana (lat. Dryandra lindleyana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Con Dalles
John Foster Dulles (25 fevral 1888[…], Vaşinqton – 24 may 1959[…], Vaşinqton) — ABŞ-lı vəkil və siyasət adamı. Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur. İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Con Foster Dalles

Corc Dallas
Corc Mifflin Dallas (ing. George Mifflin Dallas) — Pensilvaniyanın ABŞ senatoru (1831–1833) və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845–1849). Dallas, eyni zamanda, 1828–1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır.
Dallaporte binası (Taqanroq)
Dallaporte binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşir. İki mərtəbədən ibarət, Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşən bina ХIХ əsrin ikinci yarısında inşa edilmişdir. Bina Don qoşunlarının mayoru A. İ. Yeqorovun vəsaiti hesabına tikilmişdir. Bina sonradan I gildiya taciri İvan Pavloviç Dalaportenin həyat yoldaşı Yekaterina Yeqorovnanın xahişi ilə binanaya mətbəx əlavə edilir və ikinci mərtəbə artırılmışdır. Dallapoetenin ailəsində 1834-cü ildə oğul övladı doğulmuşdur. Oğlunun adı Panaqi idi. İvan Pavloviç Dallaporte 70 yaşında ikən 1870-ci ildə həyatını itirmişdir. ХХ əsrin əvvəllərində Dallaportenin vərəsələri bu iki mərtəbəli binanı Taqanroq şəhərinin fəxri sakini Minaya Yeqoroviç Sinodi-Popova və Konstantin Nikolayeviçin həyat yoldaşı Yelena Semenovna Averino tərəfindən satın alınmışdır. 1921-ci ildə Yelena Semenovna 78 yaşında infaktdan vəfat etmişdir.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Dallas (Texas dairəsi)
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Dallas Maveriks
Dallas Maveriks — Texas ştatının Dallas şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Dallas Qraflığı
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Dallas qraflığı (Alabama)
Dallasda ən yüksək binaların siyahısı
Dallasda ən yüksək binaların siyahısı - ABŞ-nin Texas ştatında Dallasda hündürlüyünə görə sıralanmış hündür olan binalarını ehtiva edir.
Dallaslı alıcılar klubu (film, 2013)
Dallaslı alıcılar klubu (ing. Dallas Buyers Club) — 2013-cü ildə çəkilmiş bioqrafik, dram filmi. Film 1980-ci illərdə QİÇS diaqnozu qoyulan Ron Vudruf adlı narkotik aludəçisindən bəhs edir. O, xəstəliyini müalicə etmək üçün dərman qaçaqmalçılığına başlayır.
Dalli
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Dallia pectoralis
Dallia pectoralis (lat. Dallia pectoralis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin dalliya cinsinə aid heyvan növü.
Luici Dallapikkola
Luici Dallapikkola (3 fevral 1904[…] – 19 fevral 1975[…], Florensiya) — italyan bəstəkarı, pianoçu Fortepiano (1924) və kompozisiya (1931) sinifləri üzrə Florensiya konservatoriyasını bitirmişdir. Həmin konservatoriyada dərs demişdir (1934–67 illərdə fortepiano sinfi üzrə professor). Yaradıcılıq yolunun başlanğıcında neoklassisizmə yaxın olmuşdur. 1930-cu illərin ortalarından onun bəstəkarlıq texnikasının əsasını dodekafoniya təşkil etmişdir. Melodiya, diatonika ("Marsia" baleti; 1948, Venesiya) və tonallıqdan tamamilə imtina etmədən Dallapikkola özünün "lirik dodekafoniya" üslubunu yaratmışdır. Sapfo, Alkey və Anakreontun şeirlərinə səs və instrumental ansambl üçün yazdığı "Yunan şeirləri" bütünlüklə dodekafoniya əsəridir (1945). Antifaşist ruhlu triptix ("Məhbəs mahnıları" kantatası, 1941;1949 ildə radio ilə səslənmiş birpərdəli "Məhbus" operası 1950 ildə Florensiyada tamaşaya qoyulmuşdur; "Qurtuluş nəğmələri" kantatası, 1955) və əvvəllər yazdığı musiqidən mövzuların daxil olduğu "Uliss" operası (Homerin "Odisseya" əsəri üzrə öz librettosu, 1968, Berlin) bəstəkarın ən məşhur əsərləridir. Musiqi tənqidçisi kimi də çıxış etmişdir. K.Monteverdinin "Ulissin vətənə qayıtması" operasının (1942) və M.P. Musorqskinin "Sərgidən şəkillər" fortepiano silsiləsinin (1940) redaksiyalarını həyata keçirmişdir. Dallapikkola // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Sayrus Dallin
Sayrus Dallin (ing. Cyrus Edwin Dallin; 1861, Sprinqvill, Yuta – 1944, Arlinqton, Massaçusets) — Amerikalı heykəltaraş və oxçu, 1904 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. 1904-cü ildə Sent-Luis şəhərində keçirilən oyunlarında, Dallin bütün kişi fənlərində iştirak etdi. Komanda yarışında üçüncü oldu və bürünc medal qazandı.
Dalliya
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Dallaslı alıcılar klubu
Dallaslı alıcılar klubu (ing. Dallas Buyers Club) — 2013-cü ildə çəkilmiş bioqrafik, dram filmi. Film 1980-ci illərdə QİÇS diaqnozu qoyulan Ron Vudruf adlı narkotik aludəçisindən bəhs edir. O, xəstəliyini müalicə etmək üçün dərman qaçaqmalçılığına başlayır.
Grevillea alpina var. dallachiana
Grevillea alpina (lat. Grevillea alpina) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea alpina (Lindl.) Christenh. & Byng Grevillea alpestris Meisn. Grevillea alpestris var. helianthemifolia Meisn. Grevillea alpina var. aurea Guilf. Grevillea alpina var. dallachiana Guilf.
Grevillea dallachiana

Grevillea dallachiana alba