DAMARLI

sif.
1. Çoxlu damarı olan. Damarlı ət.
2. Xəstəlik, arıqlıq, qocalıq və s. nəticəsində dərisinin üstündə damarları görünən.
Əmiraslan baba damarlı əlini qar kimi ağappaq saqqalına çəkir, uzun bığlarını tumarlayırdı. S.Rəhimov.

3. məc. dan. Namuslu, qeyrətli, iradəli, sözünün üstündə duran.
Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. A.Səhhət.
[Lütfəli bəy:] …Yəni bu mənim xoşuma gəlir, çünki bu gün-sabah bu mənim arvadım olacaq, hələ mənə də belə damarlı, namuslu arvad gərək. İ.Musabəyov.
…Ürəyində öz-özünə [dedi:] – Yox, balam, deyəsən, bu, damarlı adam olacaq! Ə.Əbülhəsən.

Синонимы

  • DAMARLI arıq
  • DAMARLI şücaətli — hünərli — etibarlı
  • DAMARLI namuslu — qeyrətli
DAMARLANMAQ
DAMARLILIQ
OBASTAN VİKİ
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.

Значение слова в других словарях