Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kil
Kil (alm. Kiel‎) – Almaniyanın şimalında şəhər. Şlezviq-Holşteyn əyalətinin paytaxtıdır. Baltik dənizinin sahilində yerləşir. Kil kanalı vasitəsilə Şimal dənizi ilə birləşir, həmçinin Kildə böyük dəniz limanı yerləşir. Əhalisi 229.044 nəfər. Kil 1233 və 1242-ci illər arasında qraf Holşteynli IV Adolf tərəfindən əsası qoyulub. Kil şəhərində 1761-1762-ci illərdə Rusiya imperatoru olmuş III Pyotr doğulub. 1918-ci ilin noyabrında şəhərdə Kil üsyanı baş verdi. Kildə iqlim mülayimdir.
Kil (bürc)
Kil (lat, Carina) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu Kanopusdur. Azərbaycandan bürcün ən şimal hissəsi qismi olaraq görünür.
Kil Universiteti
Kil Universiteti və ya rəsmi adı ilə Kristian Albrext adına Kil Universiteti (alm. Christian-Albrechts-Universität zu Kiel‎) — Almaniyanın Kil şəhərində universitet. 1665-ci ildə Kristian Albrext tərəfindən Academia Holsatorum Chiloniensis adı altında əsası qoyulub. Hazırda təhsil müəssisəsində təxminən 27,000 tələbə təhsil alır. Kil Universiteti Şlezviq-Holşteyn vilayətinin ən böyük, ən qədim və ən nüfuzlu ali məktəbidir. 1864–66-cı ilə qədər o, təkcə Almaniyanın ən şimal universiteti deyil, eyni zamanda Danimarkanın ikinci ən böyük universiteti idi. Kil Universitetinin fakültələri, məzunları və tədqiqatçıları ümumilikdə 12 Nobel mükafatı qazanıblar. Universitet 2006-cı ildən Alman Universitetləri Mükəmməllik Təşəbbüsünün üzvüdür. Kil Universiteti beynəlxalq ümumi hüquq üzrə aparılan tədqiqatları ilə məşhurdur. Almaniya və Avropanın ən qədim beynəlxalq ümumi hüquq institutu olan Valter Şukinq Beynəlxalq Ümumi Hüquq İnstitutu Kildə yerləşir.
Kil kanalı
Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir. Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub. Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.
Riçard Kil
Riçard Kil (ing. Richard Kiel; d. 13 sentyabr 1939, ABŞ - ö. 10 sentyabr 2014, ABŞ) — ABŞ aktyoru.
İk Kil
İk Kil senotu Meksikanın Yukatan ştatında, Tinum bələdiyyəsinin Pisté kəndindən bir qədər kənardadır. Coğrafi mövqe baxımından Yukatan yarımadasının şimal nöqtəsində yerləşir və eyni zamanda da Çiçen İtza yaxınlığındakı İk Kil Arxeoloji Parkının bir hissəsidir. İctimaiyyətə açıq bir ərazi olduğundan insanlar bura üzməyə gəlir və adətən avtobus turlarında ziyarət edilən bir yerdir. Quru ərazidən təqribən 26 metr aşağıda olmaqla üzəri açıq bir senotdur. Üzmə platformasına düşmək üçün bir pilləkan vardır. Senotun diametri 60, dərinliyi isə 40 metrdir. Kiçik şəlalələrlə birgə suyun üzünə qədər çatan üzüm budaqları var. Senotda qara şüaüzgəcli balıqlar üzür. İk Kil senotu mayyalılar üçün müqəddəs sayılır, onlar buradan həm istirahət, həm də dini mərasimlər üçün istifadə edirlər. Senot restoranı, mağazası, geyim otaqları, kirayəyə verilən kottecləri olan geniş bir kompleksin bir parçasıdır.
Kil hərbi qəbiristanlığı
Kil hərbi qəbiristanlığı (ing. Kiel War Cemetery) — Kil Şimal qəbiristanlığının (alm. Nordfriedhof‎) ərazisində hərbi qəbirstanlığıdır. Bu yerdə ittifaq qoşunlarının 992 hərbi qulluqçusu basdırılmışdı, onlardan çoxusu hərbi aviasiyada xidmət etmiş və İkinci Dünya müharibəsində ölənlərdən ibarətdir. Onların arasında 766 britaniyalı, 148 kanadalı, 33 Yeni Zelandiyalı və 9 polyak var. Qəbiristanlıq memar Filip Hepuortun (ing. Philip Hepworth) layihəsi əsasında Hərbi Dəfinlər üzrə Birlik Komissiyası (alm. Commonwealth War Graves Commission‎) tərəfindən tikilmişdi, həmçinin, komissiya qəbiristanlığın səliqə səhmanına nəzarət edir.
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.
Azərbaycan yepiskopluğu (Suriya Ortodoks Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Azərbaycan yepiskopluğu (Süryani Pravoslav Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Azərbaycandakı kilsələrin siyahısı
Aleksandr Nevski kafedralı (Bakı)
Ağ xaç kilsəsi
Ağ xaç kilsəsi — Xocavənd rayonunun Çinarlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur. Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Zəng qülləsi ibadət zalının mərkəz hissəsi üzərində inşa edilmişdir. Bəzi Azərbaycandilli ilkin mənbələrdə adı Ağ kilsə kimi qeyd edilib. Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur. Kilsə interyerində, şimal tağının altında yerləşdirilmiş xaçdaş üzərindəki kitabədə qeyd edilir: “Mən, Sirak, bu xaçı atam Xutlapın xatirəsinə ucaltdım. 1333-cü ilin yayı.” Narteksin portal timpanındakı kitabədə isə kilsə və ya yalnız narteksin 1735-ci ildə “Surapın oğlu Hovannesin əli ilə” bərpa edildiyi qeyd edilir. Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Narteks ilə birlikdə kilsənin uzunluğu 15,75 m, eni isə 7,1 metrə bərabərdir.
Ağbulaq-i Kilsəkəndi (Çaldıran)
Ağbulaq-i Kilsəkəndi (fars. اغبلاغ كليساكندي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (20 ailə).
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Bakirə Məryəm kilsəsi (Çanaqçı)
Bakirə Məryəm kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib. Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyan kilsə. 2006-cı ildə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə Cənubi Qafqaz nunsisi Klaudio Quqerotti tərəfindən təqdis edilib.
Bakı Erməni Kilsəsi
Müqəddəs Maarifləndirici Qriqori kilsəsi (erm. Բաքվի Սուրբ Գրիգոր Լուսավորիչ եկեղեցի, Bak’vi Surb Grigor Lusavorich yekeghetsi) və ya Bakı erməni kilsəsi (erm. Բաքվի հայկական եկեղեցի, Bak’vi haykakan yekeghetsi) — Bakı şəhərində erməni kilsəsi. Kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, "Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı" siyahısına daxil edilmişdir (inventar nömrəsi № 3272). Müqəddəs Qriqori kilsəsi 1863–1869-cu illərdə inşa edilmişdir. Kilsənin memarı Karl Qippiusdur. 1888-ci ildə kilsənin zəng qülləsi tikilmişdir. Kilsə N. Rəfibəyli küçəsi 27-də yerləşir. Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Q. Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün erməni kilsələri olmaqla, bütün erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyi qərara aldılar.
Bayan kilsəsi
Bayan kilsəsi — Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Beşikdağ kilsəsi
Beşikdağ kilsəsi və ya Vəngəsər kilsəsi — Ağdərədən Xankəndinə gedən yolun sağ tərəfində, Xaçınçayın sahilindəki Beşikdağ dağında yerləşən VII əsrə aid alban kilsədir. Kilsə Şahbulaq qalasının tam üstündə yerləşir. Kilsə xaç-günbəz formalı plana malikdir və memarlıq həlli baxımından Gədəbəy kilsəsi ilə oxşarlıq təşkil edir. Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Onun gümbəzini saxlayan dörd pilonu Kilsədağ kilsəsindən fərqli olaraq zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır. Ağdərədən Xankəndinə edən yolun sağ tərəfində, şimaldan cənuba doğru qozbel dağ uzanır. Bütün il ərzində onun səthi quru səhra bikiləri ilə örtülü olur. Bunun səbəbi ərazidə minimal miqdarda yağışların olmasıdır.
Bidens kilimandscharica
Bidens kilimandscharica (lat. Bidens kilimandscharica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bolqar Pravoslav Kilsəsi
Bolqar Pravoslav Kilsəsi (bolq. Българска православна църква) — Bolqarıstanda yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Sofiya şəhərindədir. Neofit kilsənin indiki patriarxıdır.
Bri kilsəsi
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir. Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir. Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.” Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır.
Böyük Yekaterina sarayının kilsəsi
Böyük Yekaterina sarayının kilsəsi və ya İsa Məsihin dirilməsi kilsəsi (rus. Церковь Екатерининского дворца) — Puşkin şəhərində yerləşən Böyük Yekaterina sarayının pravoslav "ev kilsəsi". Kilsə Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasındakı Sofiya kafedralının tabeliyindədir. Saar mızasının (iqamətgahın) Yekaterina Alekseyevnaya verildikdən sonra, Onun sarayında şəhid olmuş Müqəddəs Yekaterinanın şərəfinə mərasim kilsəsi yaradılmış və 12 (köhnə təqvimlə 23) mart 1713-cü ildə buraya yeni ruhani təyin olunmuşdur. Bu ilk Sarskosel kilsəsi idi. Mərasim kilsəsinin içərisində bir zamanlar kətan üzərində boyanmış çoxlu ikonalar, qızıl suyuna çəkilmiş göy oyma ikonostas, həmçinin üzərində dörd yevanlıgelistin simvolik obrazları təsvir olunan palıd qapaqlı taxt yerləşirdi. Yaşayış məntəqəsində başqa ayrı-ayrı kilsələr tikildikdən sonra, Mərasim kilsəsi əvvəlcə Uspenye, daha sonra isə Blaqoveşşeniye kilsələrin tabeliyinə verilmişdir. Sonuncunun 1728-ci ildə yanğın nəticəsində dağılmasından sonra, kilsə əşyaları Uspenyeyə geri qaytarılmış və daha sonra yeni tikilmiş Znameniye kilsəsinə köçürülmüşdür. Lakin bununla Mərasim kilsəsinin yerdəyişmə prosessinə son qoyulmamışdır; belə ki, 1817-ci ildə kilsə hospitalın yaxınlığındakı kapellanın, 1872-ci ildə isə Nikolayev kişi gimnaziyasının nəzdində olan kilsənin tabeliyinə verilmişdir. Yekaterina Saray-Muzeyinə 1930-cu ildə hədiyyə olunmuş ikonostas şəhərinin işğalı zamanı itirilmişdir.
Bütün Aləmlər Kilsəsi
Bütün Aləmlər Kilsəsi (ing. Church of All Worlds) — qeyri-ənənəvi inanclardan biri. Ekspertlərin fikrincə, Bütün Aləmlər Kilsəsi Amerikadakı mühüm müasir bütpərəst dini təşkilatlardan biridir. 1970-ci illərdə Tim Zeltin (sonralar özünü Otter Zelt adlandırıb) rəhbərliyi altında bu kilsə müxtəlif maraqları olan bütpərəst qruplar arasında əlaqə yaradılmasında, həmçinin bütpərəst insanın təbiəti sevən insan kimi qələmə verilməsində aparıcı rol oynamışdı. Bütün Aləmlər Kilsəsinin tarixi 1961-ci ilə gedib çıxır. Oklahomadan olan Riçard Lens Kristi adlı məktəbli obyektivizm fəlsəfi cərəyanının banisi Ayn Renddin ideyaları və humanist psixologiyanın banisi Abraham Maslounun fikirləri ilə maraqlanırdı. Vestminster kollecinə daxil olduqdan sonra Kristi burada Zeltlə tanış olur. Zelt Kristinin qrupuna qoşulur və onlar birlikdə altıncı hiss mövzusunda təcrübələr aparmağa başlayırlar. Həmin vaxt Kristinin qrupu Robert Haynlaynın "Yad diyardakı yad" elmi-fantastik əsərini oxuyurdu. Məhz bu əsər Bütün Aləmlər Kilsəsinin yaranmasında katalizator rolunu oynayır.
Bütün Müqəddəslər kilsəsi (Praqa)
Bütün Müqəddəslər kilsəsi (çex. Kostel Všech svatých, alm. Allerheiligenkapelle‎) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinə daxil olan qədim kilsə və eyni zamanda da kapella. Kilsə Zadəganlar institutu adı ilə tanınan Köhnə sarayın şərq divarı ilə həmsərhəddir. Onun qotik üslublu presbiterisi qəsr mənzərəsinin əhəmiyyətli bir hissəsidir. Bütün Müqəddəslər kilsəsi ondan daha da qədim saray kapellasının yerində XII əsrdən bəri yerləşir. 1339-cu ildə hələ o zamanlar Moraviya bölgəsinin markqrafı olmuş IV Karl kilsə ərazisində kollegial kapitulun əsasını qoymuşdu. Mövcud kilsənin inşası isə Peter Parler tərəfindən tərtib edilmiş plana uyğun olaraq 1372-ci ildə başlamış və 1386-cı ilə kimi tamamlanmışdı. Kilsənin inşasında bu cür tanınmış memarın iştirakını triforiumdakı yazılı mətn təsdiqləyir: Petervə yuxarıda göstərilən müddətdə müqəddəslərin xorunu başlamış və tamamlamışdı. Qusçular hərəkatından əvvəl kilsənin artıq retrit otağı (Retrit - inanclı insanların cəmiyyətdən uzaqlaşmaq arzusu və özgəninkiləşdirilməsi deməkdir) və nefləri inşa edilmişdi.
Cek Kilbi
Cek Sent-Kler Kilbi (ing. Jack St. Clair Kilby; d. 8 noyabr, 1923 - ö. 20 iyun, 2005) — 1958-ci ildə Texas İnstrumentsdə işləyərkən birinci inteqral sxemin reallaşdırılmasında iştirak etmiş Amerikalı elektrik mühəndisi. O, 2000-ci ildə fizika üzrə Nobel mükafatı alıb. Cek Kilbi 8 noyabr 1923-cü ildə Amerikada anadan olmuşdur. 12 sentyabr 1958-ci ildə Texas Instruments şirkətində ilk mikrosxem istehsal olunmuşdur. Onun yaradıcılarından biri Cek Kilbi hesab olunur. O, həmçinin cib kalkulyatoru və termik printerin ixtiraçısıdır.
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır. 1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur.
Daff Killiqan (personaj)
Daff Killiqan (ing. Duff Killigan) - "Kim Possibl" serialının mənfi obrazlarından biridir. Daff Killiqan ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir. Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir.
Dodo mağara kilsəsi
Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir. Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Dəbil kilsə məclisi
Dəbil kilsə məclisi 506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb. Bu yığıncaqda erməni, alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional, yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər. 551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək, hüquqi cəhətdən avtokefal kilsə oldu. Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı. Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar. Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi. 551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın, Çolanın, Lpinanın katolikosu” adını daşıyırdı.
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. Mahnıların prodüserliyini David Kahne edib.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. 1230-cu ildən məlumdur. İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Fil
Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.
Gil
Gil — üzvi maddəsiz bərk lil Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790 °C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir. Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1800-cü ildə yaradılmışdır. Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Kilt
Kilt — Şotlandiyanın ənənəvi kişi geyimidir. Kiltlər ənənəvi olaraq tartan naxışları ilə bəzənir. Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə / klan əlaqələrinin əhəmiyyətli bir simvoludur. Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər. İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Qeorqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Kralı etiraz edərək kilt geyməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişilər zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyinməyə davam edirlər. Azens.az saytının məlumatına görə, kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir.
Kim
Kim (ad)
Kiv
Kütləvi informasiya vasitələri (KİV) — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu. Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.
Kiş
Kiş - bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. Azərbaycanda 290-a yaxın kol növü vardır.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.