DARALMAQ

f.
1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq. Uzağa getdikcə yol daralır.
// Sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. Ayaqqabılar daralmışdır. Köynək yığılıb daraldı.
2. Tükənmək.
[Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm… M.F.Axundzadə.

3. Təngişmək, sıxılmaq, təng olmaq.
Acığından Qulunun bütün vücudu titrəyir, daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. A.Şaiq.

4. məc. Qurtarmaq üzrə olmaq; məhdudlaşmaq, qısalmaq.
Sağ olun! Çən gəlir, hava qaralır; Sonra gecikərik, gün də daralır. S.Vurğun.

5. bax darılmaq.
Nə əmrə daralmış, nə küskünəm mən; Həyatın həvəsi qalxır sinəmdən. R.Rza.

Синонимы

  • DARALMAQ məhdudlaşmaq — qısalmaq
  • DARALMAQ təngişmək — sıxılmaq
  • DARALMAQ sıxılmaq — yığılmaq — kiçilmək
  • DARALMAQ tükənmək — azalmaq

Антонимы

  • DARALMAQ DARALMAQ – GENİŞLƏNMƏK Bəzən yol daralır, yolda qalırsan (S.Sərxanlı); Genişlik içində heç olarmı ki; Ürək də, arzu da genişlənməsin (B
DARALMA
DARALTMA

Значение слова в других словарях

в поте́нции вагра́ночный намозо́ливание нево́льничий слабо... черноко́жая воздушный бассе́йн зана́шиваться мочажи́на па́дина республика́нский элево́ны дебют fire-grate invert jazz age love child New Albany pass in photofit pushcard опахнуть перевезти самоуправство типологический