DAĞINTI

is. Yıxılmaq, uçulmaq, dağılmaq və ya sökülmək nəticəsində əmələ gələn yığın, qalaq, töküntü; xarabalıq. Müharibə nəticəsində əmələ gəlmiş dağıntı.

Синонимы

  • DAĞINTI töküntü

Этимология

  • DAĞINTI Dağ-ıl-maq, dağ-ıt-maq sözləri gəstərir ki, kök dağfeilidir. İndi bu feil müs­təqil işlədilmir. (Bəşir Əhmədov
DAĞINIQLIQ
DAĞINTILIQ
OBASTAN VİKİ
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır. Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır.
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi (気仙沼市東日本大震災遺構・伝承館) – Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. 2011-ci ilin martında Yaponiyada baş vermiş Tohoku zəlzələsi və sunamisinin səbəb olduğu dağıntılara həsr olunmuşdur. == Tarixi == Muzeyin rəsmi açılışı 10 mart 2019-cu ildə baş tutmuşdur. Fəaliyyətinin ilk bir ili ərazində 100.000-ə yaxın ziyarətçi qəbul etmişdir. == Xüsusiyyətlər == Muzey keçmiş Kesennuma Koyo liseyinin dördmərtəbəli binasının ərazisində yerləşir. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi və sunamisi zamanı liseyin 170 şagirdi təxliyə edilmişdir. Zərər görmüş lisey və ətrafındakı digər tikililərin mühafizə olunmuş dağıntıları muzeyin əsasını təşkil edir. Muzey fəlakətin səbəb olduğu dağıntıları nümayiş etdirmək məqsədini daşıyır. Muzeyin dağıntılar sahəsində heç bir işçi yoxdur və heç bir şeyə toxunulmayıb. Otaqların şüşəsi sındığı üçün interyeri xarici təsirlərdən qoruyan heç bir vasitə yoxdur.

Значение слова в других словарях