Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
EOL
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Eol (mifologiya)
Eol — Qədim yunan mifologiyasına görə külək tanrısı.
Eol prosesləri
Eol prosesləri - küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Eol relyef
Eol akkumlyativ formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Eol relyef formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Relyefin eol formaları
Küləyin dağıdıcı və ya akkumulyativ fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif relyef formalarıdır. Bu formalar: eol sütunundan, barxandan, dyundan, qum təpəsindən, qum tirəsindən və s. dən ibarətdir. Relyefin eol formaları başlıca olaraq arid iqlim şəraitində , yəni səhrada əmələ gəlir.
Eol (Ellinin oğlu)
Eol ( q.yun. Αἴολος ) — qədim yunan mifologiyasında personaj. Apollodorun yazdığına görə, Hesiodun poemasında Eol Ellin və nimfa Orseidanın övladı, Dor və Ksufun qardaşıdır.
EOLSS
EOLSS - Həyat təminatı sistemlərinin ensiklopediyası (ingiliscə, Encyclopedia of Life Support Systems). Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem pulludur, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür. Müxtəlif sahələrə aid 16 ensiklopediyanı özündə birləşdirir.
Eolimna
== Növü == === Eolimna subminuscula === Bazionim: Navicula subminuscula Manguin. Sinonimlər: Navicula demissa Hust.; N. frugalis Hust.; N. luzonensis Hust. Ekologiyası: Göllərdə bentik, oliqo-mezohalob (Sa), alkalifil (pH), mezosaprob (S). Yayılması: Böyük Qafqaz: Şəki-Zaqatala bölgəsinin sututarları, Şəki rayonu: Küngütçay, Bıləcıkbulaq; Qax rayonu: Ləkitbulaq; Böyük Qafqazın cənub yamacının sututarları.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Eolozavr
Eolozavr (lat. Aeolosaurus) — Titanozavr qrupuna Zauropod infradəstəsinin aeolosaurini tribasına aid nəsli kəsilmiş ot yeyən dinozavr cinsi. Təbaşir dövrü 70—68 milyon il əvvəl Cənubi Amerika ərazisində yaşamışlar. Onların sümüklərinə 1987-ci ildə Powell tərəfindən qeydə almışdır. Onların qalıqlarına Argentina və Braziliya ərazisində aşkarlanmışdır. == Növləri == Aeolosaurus colhuehuapensis Aeolosaurus maximus — növ 2011. Tapıntı Adamantina formasiyasında müasir Braziliya ərazisində aşkarlanmışdır.
Eollar
Eollar və ya eollular (q.yun. Αἰολεῖς) — dörd əsas qədim yunan tayfasından . Onlar öz adını qədim yunan mifologiyasına görə Ellinin övladlarından oğullarından biri olan və tayfanın əcdadı sayılan əfsanəvi qəhrəman Eolun adından almışdır. Onlar qədim yunan dilinin eol dialektlərində danışırdılar: Egey, Fessaliya və Beotiya dialektləri.
Eollular
Eollar və ya eollular (q.yun. Αἰολεῖς) — dörd əsas qədim yunan tayfasından . Onlar öz adını qədim yunan mifologiyasına görə Ellinin övladlarından oğullarından biri olan və tayfanın əcdadı sayılan əfsanəvi qəhrəman Eolun adından almışdır. Onlar qədim yunan dilinin eol dialektlərində danışırdılar: Egey, Fessaliya və Beotiya dialektləri.
AOL
AOL — Nyu-Yorkda yerləşən veb-portaldır. Elektron poçt, axtarış sistemi, xəbərlər və s. məlumatlar toplusu ilə istifadəçilərə xidmət edir. 1983-cü ildə "Kontrol Video Korporasiyası" adı altında yaradılıb. 2009-cu ildən etibarən isə AOL olaraq adlandırılmışdır. == Tarixi == AOL 1983-cü ildə Vilyam fon Mayster tərəfindən təsis edilib. Onun yeganə məhsulu Atari 2600 videooyun konsolu üçün "GameLine" adlı onlayn xidməti idi. Fon Maysterin tələbi ilə musiqi satın almaq ideyası Warner Bros. tərəfindən rədd edildi. Abunəçilər şirkətdən 49,95 ABŞ dolları məbləğində modem almış və birdəfəlik 15 ABŞ dolları məbləğində quraşdırma haqqını ödəmişlər.
Eon
Eon [yun. aion – zaman] == Ümumi məlumat == Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi. Yer planetinin geoloji inkişaf mərhələsi iki eona bölünür: Kriptozoy və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat kimi tərcümə edilir. Bu adlar Eonlara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci Eon – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki Eon üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd.
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur. Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
LOL
LOL (eləcə də lol; ing. laughing out loud — hündürdən gülərək; və ya laugh out loud — hündürdən gülmək və ya lots of laughs — çoxlu gülüş) — ingilisdilli akronim, internet-mem. Termindən şəbəkədaxili ünsiyyətdə yazılı formada əsasən gülüşü bildirmək üçün istifadə olunur.
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Erl
Erl (qadın üçün kontes), ingilis mənşəli zadəgan titulu, konta bərabərdir. Qədim norveç dilində Jarl titulu ilə əlaqələndirilir. Mənşəyinə görə "cəsur adam" və ya "döyüşçü" deməkdir. Erl adı Skandinaviya və Anqlosaks mənşəli titulu olaraq "qəbilə başçısı" mənasında meydana gəlmişdir. Titul orta əsrlərdə Skandinaviyada yoxa çıxsa da, İngiltərədə istifadəsinə davam edilmişdir. Bu titul rütbə olaraq vikont və markiz arasında sıralanır və materik Avropasındakı kont tituluna müvafiq gəlir.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
Dol-dol bulağı (Takab)
Dol-dol bulağı (fars. دل دلبلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (24 ailə).
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. == Həyatı == Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Ell & Nikki
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Sol əl qaydası
Sol əl qaydası-naqildən axan cərəyan, maqnit qüvvə xətləri, və cərəyanlı naqilə təsir edən qüvvə istiqamətləri arasındakı əlaqəni müəyyənləşdirir. Bu qaydaya görə maqnit qüvvə xərləri açılmış sol əlin içərisinə daxil olduqda dörd barmaq cərəyan istiqamətində yönəlirsə açılmış baş barmaq keçiriciyə təsir edən Amper qüvvəsinin istiqamətini göstərəcək.
Əl-Hol uğrunda döyüş
2015-ci ildə Əl-Hol uğrunda döyüş — Suriyada vətəndaş müharibəsi zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) strateji əhəmiyyətə malik Əl-Hol şəhərini və ətraf kəndləri İraq və Şam İslam Dövlətindən (İŞİD) ələ keçirmək üçün başlatdığı hücum əməliyyatı. Bu, üç fərqli bölgədə ayrı-ayrı əməliyyatlardan ibarət idi: Təll-Bərak, Əl-Hol və cənubda Əl-Həsəkə şəhərətrafı. SDQ 30 noyabrda Əl-Həsəkənin cənubunda yerləşən bəndi ələ keçirdikdən sonra cənuba doğru, İŞİD-in Əl-Həsəkə mühafəzəsində son qalası olan Əl-Şəddadə şəhərinə doğru hücumunu davam etdirmişdir. 1 dekabrda ərəb qəbilə liderləri mülki şəxslərin ölümünün qarşısını almaq və şəhərin infastrukturuna daha az zərərərin dəyməsi üçün İŞİD yaraqlılarını şəhərdən çəkilməyini tələb etmişdir. Həmçinin, İŞİD-in Əl-Şəddadə yaxınlığındakı bəzi mövqelərini boşaltmağa başladığı və bəzi İŞİD yaraqlılarının qarşıdan gələn döyüşə hazırlıq məqsədilə ailələrini ərazidən Deyr əz-Zövr mühafəzəsində öz nəzarətində olan ərazilərə köçürdüyü bildirilmişdir. 16 fevralda SDQ strateji əhəmiyyətli Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmək üçün hücuma keçmişdir. 19 fevralda SDQ Əl-Şəddadə şəhərini və ətraf kəndləri ələ keçirmişdir. 20 fevralda SDQ daha da cənuba doğru irəliləyərək Əl-Fədqəmi kəndini ələ keçirmişdir. 21 fevralda SDF qüvvələri daha da cənuba doğru irəliləyərək Deyr əz-Zövr mühafəzəsinin 16 kilometrinə yaxınlaşaraq Mərkədə qəsəbəsini ələ keçirmişdir. Hücum zamanı SDQ 2400 kvadrat kilometr ərazini İŞİD qüvvələrindən almışdır.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..