DİŞİCİK

is. bot. Bitki çiçəklərinin dişi döllük orqanı. [Ayıdöşəyikimilər fəsiləsinin] dişicik və yumurtacıqları olmadığı üçün toxumları çılpaqdır.
Toxumları yetişəndə qozaları … giləmeyvə şəklini alaraq ətləşir. H.Qədirov.

Антонимы

  • DİŞİCİK DİŞİCİK – ERKƏKCİK Bəzi bitkilərin qönçələrində olduğu kimi pambığın qönçəsində də erkəkcik və dişicik var idi (Ə
DİŞİ
DİŞİCİKLİ
OBASTAN VİKİ
Dişicik
Dişicik (lat. Pistillum) — çiçəkli bitkilərdə çiçəyin mühüm orqanlarından biri. Dişicik çiçək yatağının ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq. Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, çiçəkli bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu bitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.

Значение слова в других словарях