QOM

сущ. связка; пучок (зелени и т.п. )
QOLVARİ
QOM-QOM
OBASTAN VİKİ
Fon-de-Qom
Fon-de-Qom (fr. Font-de-Gaume) — Fransada ((fr. Les Eyzies-de-Tayac-Sireuil) şəhəri, Dordon departamenti) Son Paleolit ​​dövrünə aid heyvanların divar rəsmləri olan bir mağaradır. == Təsviri == Fon-de-Qom qrottu mağara sənətinin ən yaxşı nümunələrindən biridir. Bizon, vəhşi at, mamont, şimal maralı və digər heyvanların çoxsaylı təsvirləri qara və qırmızı boya ilə çəkilmiş ən qədim xətti rəsmlərdən Madlen dövrünə (e.ə. 15.000 - 11.000) aid ən möhtəşəm polixrom kompozisiyalara qədər müxtəlif üsullarla hazırlanmışdır. 1912-ci ildə Henri Beqan Fransa Pireneylərində Tyuk d'Oduber mağarasının divarlarında bizon təsvirlərini aşkar etdikdən sonra rəsmin qədimliyi və həqiqiliyinə dair şübhələr nəhayət aradan qaldırıldı. Onlar stalaktit təbəqəsi altında idilər, onların yaşı 10.000 ildən çox idi. Onların altında zubr heykəlləri tapılıb. == Açılışı == Fon-de-Qom qrotu 1901-ci ildə Deni Peroyni tərəfindən kəşf edilmişdir.
Klaudio Qomeş
Klaudio Qomeş (23 iyul 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və Fransa U-18 milli futbol komandasında müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Qomeş Fransanın Val-d'Uaz regionunun Arjantey şəhərində anadan olmuşdur. O, şəhəri təmsil edən iki yerli klubda oynadıqdan sonra 2011-ci ildə Yevro klubuna transfer olmuşdur. İki il sonra isə Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. Qomeş futbolçu karyerasında debütünü 18 noyabr 2017-ci ildə Pari Sen-Jermen klubunun əvəzedici komandası ilə etmişdir. O, İzeyur klubuna qarşı oyunda 79-cu dəqiqədə Abdallah Yaysieni əvəz etmişdir. Milli Çempionat 2 (dördüncü liqa) görüşündə PSJ rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. 25 iyul 2018-ci ildə Qomeş Mançester Siti klubu ilə müqavilə imzalamışdır. O, iyun ayında PSJ klubu ilə müqaviləsi başa çatdıqdan sonra Mançester Siti klubu ilə məşqlərə başlamışdır. Qomeş mövsüm öncəsi hazırlıq mərhələsi üçün ABŞ-yə yollanacaq heyətə daxil edilmişdir.
Kolşəkilli qomfokarpus
Kolşəkilli qomfokarpus (lat. Gomphocarpus fruticosus) — qomfokarpus cinsinə aid bitki növü.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava[d]) — Slovakiya müğənnisi.
Mario Qomes
Mario Qarsiya Qomes (10 iyul 1985[…], Ridlingen[d]) - Hücum mövqeyinde oynayan alman futbolçu. Almaniyanın Ştutqart formasını geyinir. Ştutqartda ikinci dönəmdən əvvəl Volfsburq, Beşiktaş (icarə), Fiorentina, Bayern Münhen və Ştutqart klublarında çıxış edib. O, Bayern Münhenə transferi ilə 2013-cü ilə qədər Alman Bundesliqasının ən bahalı (30 milyon avro) futbolçusu olub. 2006-07 mövsümündə Ştuttqartda göstərdiyi nəticə ilə Almaniyada ilin futbolçusu seçilib. == Klub karyerası == === VfB Ştuttqart === Qomes, peşəkar futbola 2003-04 mövsümündə II Ştuttqart klbunda başlayıb. İki mövsüm aralıqla gah II Ştutqartda gah da Ştuttqartda oynayıb. İki mövsümdə Qomes II Ştuttqartda 43 oyuna 21 qol vurub. Ştuttqartda isə ilk debütünü 9 mart 2004 tarixində UEFA Çempionlar Liqasında Çelsiyə qarşı edib. Bundesliqada isə ilk debütünü 8 may tarixində edib.
Mario Qomez
Mario Qarsiya Qomes (10 iyul 1985[…], Ridlingen[d]) - Hücum mövqeyinde oynayan alman futbolçu. Almaniyanın Ştutqart formasını geyinir. Ştutqartda ikinci dönəmdən əvvəl Volfsburq, Beşiktaş (icarə), Fiorentina, Bayern Münhen və Ştutqart klublarında çıxış edib. O, Bayern Münhenə transferi ilə 2013-cü ilə qədər Alman Bundesliqasının ən bahalı (30 milyon avro) futbolçusu olub. 2006-07 mövsümündə Ştuttqartda göstərdiyi nəticə ilə Almaniyada ilin futbolçusu seçilib. == Klub karyerası == === VfB Ştuttqart === Qomes, peşəkar futbola 2003-04 mövsümündə II Ştuttqart klbunda başlayıb. İki mövsüm aralıqla gah II Ştutqartda gah da Ştuttqartda oynayıb. İki mövsümdə Qomes II Ştuttqartda 43 oyuna 21 qol vurub. Ştuttqartda isə ilk debütünü 9 mart 2004 tarixində UEFA Çempionlar Liqasında Çelsiyə qarşı edib. Bundesliqada isə ilk debütünü 8 may tarixində edib.
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.
Norbert Qombos
Norbert Qombos (13 avqust 1990, Qаlаntа) — ATP Çelencer Turunda iştirak edən və Slovakiya Davis Kuboku komandasının üzvü olan Slovakiya tennisçisi. 25 may 2015-ci ildə Dünya ATP reytinqində 103-cü sırada qərarlaşaraq şəxsi rekorduna imza atmışdır.
Nuno Qomeş Nabiam
Nuno Qomeş Nabiam (port. Nuno Gomes Nabiam; 17 noyabr 1966, Bisau) — 28 fevral 2020-ci ildən etibarən Qvineya-Bisau Baş naziri olan siyasətçi. Qomeş Nabiam Kvame Nkruma Milli Liseyini bitirib. Ukraynanın Kiyev şəhərində Ali Mülki Aviasiya Mühəndisliyi İnstitutunda təhsilini başa vurub və 1986-cı ildə mülki aviasiya təqaüdünə layiq görülüb. Qomeş Nabiam daha sonra ABŞ-da təhsil aldı və buradan biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazandı. Qomeş Nabiam 1978-ci ildə Afrika Gəncliyi Amilkar Kabralında fəal oldu. 1980-ci ildə QKVMAAP partiyasına qatıldı. 2012-ci ildə Qvineya-Bisau hökuməti tərəfindən Qvineya-Bisau Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri təyin edildi. 28 fevral 2020-ci ildə Qomeş Nabiam Qvineya-Bisau Baş naziri təyin edildi. Xalq Birliyi siyasi partiyası məclisinin üzvüdür.
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdur. Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır.
Qazarkı-Qomər
Qazarkı-Qomər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qazarkı-Qomər kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qomadzor
Qomadzor — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd
Qomati çayı
Qomati çayı (ing. Gomti, ing. Gomati, hind. गोमती) — Qanq çayının qolu olub. Hindistan çayıdır. İnduizmin ən müqəddəs çaylarından hesab edilir. İnduizmə görə çay müdrik Vasiştxinin qızının özəlləşdirilmiş formasıdır. Belə ki, Qomati çayının suları ilə yuyunmaq bütün günahlardan təmizlənmək kimi izah edilir. Belə ki, Bxaqavata-puranedə bu çayın adı Hindistanın müqəddəs çay kimi çəkilir. Çayın mənbəyi Hindistanın Pilibxite bölgəsində Himalay dağlarındadır.
Qombe şimpanze müharibəsi
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır. Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. Müharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.
Qombe ştatı
Qombe ştatı (ing. Gombe State) — Nigeriyanın Şimal-şərgi geosiyasi zonasında ştat.
Qomel
Qomel (belar. Гомель, Ğomyel) — Belarusda şəhər. Qomel vilayətinin inzibati mərkəzi. Ölkənin cənub-şərqində Soj çayının sahilində, paytaxt Minsk şəhərindən 302 km cənub-şərqdə, Brestdən 534 km şərqdə, Mogilyov şəhərindən 171 km cənubda, Moskva şəhərindən 567 km cənub-qərbdə yerləşir. 1 yanvar 2017-ci il hesablamalarına görə, şəhər əhalisinin sayı 535,229 nəfərdir.
Qomel vilayəti
Qomel vilayəti (belar. Гомельская вобласць) — Belarusda inzibati–ərazi vahidi.
Qomeyn (Miyanə)
Qomeyn (fars. گمين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (15 ailə).
Qomfokarpus
Qomfokarpus (lat. Gomphocarpus) - kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Kolşəkilli qomfokarpus (Gomphocarpus fruticosus (L.) Ait.
Qomfrena
Qomfrena (lat. Gomphrena) - pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Qomindan
Qomindan və ya Homindan (çin. 中國國民黨; Zhōngguó Guómíndǎng — Çin Milliyətçi Partiyası) — Tayvandakı Çin Respublikası siyasi partiyası. İdeologiyaları antikommunizm və Çinin təzə birləşməsidir. 1894-cü il noyabrın 11-də Çin İntibah Cəmiyyəti kimi təsis edilmişdir. 2006-cı ildə 1,089,000 üzvü var idi. 2008-ci il yerli seçkilərində qalib gəldi. Rəsmi rəngi mavidir. Homindanın ideoloji və təşkili mənşəyi 1894-cü ilində o vaxt Havay Respublikasının paytaxtı olan Honolulu şəhərində Çinin Dirçəliş Üçün Cəmiyyətinin banisi və Çin milliyətçisinin tərəfdarı olan Sun Yatsenın işlərindən gəlir. Milliyətçi Partiya Pekin şəhərindəki Huquan Gildiya Sarayında Çinin ilk milli seçkilərdə iştrak məqsədilə birləşən beş kiçik partiyasının birləşməsi nəticəsində 1912-ci ilin avqustun 25-də yaradılıb.
Qomis Jardin
Joze Qomis di Voskonselus Jardin (port. José Gomes de Vasconcelos Jardim; 1 yanvar 1773 — 1 dekabr 1854) — Braziliyalı həkim, həmçinin hərbi və siyasi xadim. Farrapus müharibəsinin əsas fiqurlarından biri, Riu-Qrandi-du-Sulun müstəqilliyinin tərəfdarı. Riu-Qrandi Respublikasının ikinci prezidenti (1843—1845). Jardin üsyanın əvvəllərindən onun iştirakçısı, sonradan rəhbəri olmuşdur. Üsyançılar 5 noyabr 1836-cı ildə Riu-Qrandi Respublikası elan edildikdən sonra Bentu Qonsalvisi prezident, Jardini isə vitse-przident təyin edirlər. Ancaq Bentu Qonsalvis əsirlikdə olması səbəbindən onun səlahiyyətləriri Jardin icra edir. Sentyabr 1837-ci ildə Qondalvis əsirlikdən qaçmağa müvəffəq olur və üsyançılara qoşulur. Mübarizəni davam etdirsə də, 1943-cü ilin avqust ayında üsyançıların rəhbərliyində yaranan fikir ayrılığı səbəbindən istefa verir. Jardin vitse prezident kimi yenidən prezident olur.
Qommateşvara heykəli
Qommateşvara heykəli — eramızın 983-cü ilində Qərbi Qanqa sülaləsi dövründə tikilib və dünyanın ən böyük müstəqil heykəllərindən biridir. Qommateşvara heykəli Hindistanın Karnataka əyalətindəki Şravanbelaqola qəsəbəsindəki Vindhyagiri təpəsində 17 metr hündürlüyündə monolit heykəldir . Qommateşvara heykəli Jain fiquru Bahubaliyə həsr olunub və Jain sülh, qeyri-zorakılıq, dünyəvi işlərin qurbanı və sadə yaşayış haqqında əmrləri simvollaşdırır. Rəvayətə görə, Qommateşvara heykəlinin tikintisini başa vurduqdan sonra Çavundaraya beş maye, süd, zərif kokos, şəkər, nektar və yüzlərlə qazana yığılmış su ilə mahamastakabhişeka təşkil etdi, lakin maye heykəlin göbəyindən aşağı axmadı. Kushmandini , ağ Güllikayi meyvəsinin qabığında süd tutan kasıb yaşlı qadın kimi görünürdü. Təxminən eramızın 983-cü ildə tikilib və 2016-cı ilə qədər ən hündür Jain heykəli hesab olunurdu. 2007-ci ildə heykəl Times of India sorğusunda Hindistanın Yeddi Möcüzəsindən birincisi seçildi; Ümumi səslərin 49%-i onun lehinə səs verilib. Hindistanın Arxeoloji Tədqiqatı Qommateşvara heykəlini Şravanabelaqolada Adarş Smarak abidəsi kimi tanınan bir qrup abidənin siyahısına əlavə etmişdir.
Qomşavar
Qomşavar — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Sala-i-Qomes
Salas-i-Qomes və ya Sala-i-Qomes (isp. Isla Sala y Gómez) — Sakit okeanda yerləşən vulkanik ada. Çiliyə məxsus olan ada, Polineziyanın ən şərq nöqtəsi hesab edilir. Ada iki qyanın zirvəsini təşkil edir. Bu qayalar ensiz bərzəxlə birləşir. Adanın sahəsi 15 ha-dır. 30 metr dəniz səviyyəsindən hündürlüyə sahibdir. Adanın uzunluğu 800 metrdir. Adada şirin su mənbəyi yoxdur. Sala-i-Qomes Şilinin qərb sahillərindən 3220 km qərbdə, Pasxa adasından isə 391 km şərqdə yerləşir.

Digər lüğətlərdə