DİDİK-DİDİK

sif. Çox didilmiş, hər yeri didilmiş, çox xırdalanmış, tikə-tikə qoparılmış, çox yırtılmış. Didik-didik quyruq. Didik-didik parça.
□ Didik-didik edilmiş – bax didiklənmiş.
Ortalıqda didik-didik edilmiş soyutma toyuq əti vardı. Ə.Əbülhəsən.

Didik-didik etmək (eləmək) – didilmiş hala salmaq.
Pişik bir tərəfdən, göyərçin bir tərəfdən qarını didik-didik elədilər. (Nağıl).
Zamanın bədənini quşlar didik-didik edib qan ilə əlvan etdilər. Çəmənzəminli.

DİDİK
DİDİKLƏMƏ

Значение слова в других словарях