Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ehtikar
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. == İslamda möhtəkirlik == İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz."Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Ehtiras
Ehtiras — qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlarEtibar MəmmədovEtibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - ParazitoloqEtibar Aslanov — Etibar Babayev — Etibar ƏliyevEtibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılovEtibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimal haqqında == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Ehtiram Heydərov
Ehtiram Şahin oğlu Heydərov (5 mart 2000; Uzunoba, Xaçmaz, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Heydərov 2000-ci il martın 5-də Xaçmaz rayonu Uzunoba kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 4 oktyabr Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Hüseynov
Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017). == Həyatı == Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib. 1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib. 2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.
Ehtiram Məmmədov
Ehtiram Mehman oğlu Məmmədov (13 oktyabr 1995; Muzdurlar, Goranboy, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Məmmədov 13 oktyabr 1995-ci ildə Goranboy rayonu Muzdurlar kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 3 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ehtiram Əhmədov
Ehtiram Teyyub oğlu Əhmədov (26 mart 2001, Yeni Suvagil, Zaqatala rayonu – 9 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ehtiram Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ehtiram Əhmədov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda komada olub. Noyabrın 9-da şəhid olub.
Ehtiram Əliyev
Əliyev Ehtiram İsrayıl oğlu (1 avqust 1972, Ucar) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş cəsur döyüşçü. == Həyatı == Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997–1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olunub. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışır və Bakı şəhərində yaşayır.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Estiyar (Təbriz)
Estiyar (fars. استيار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət,həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
Ehtiras hissi
Ehtiras — qüvvətli və davamlı emosional hal. Ehtiras insanı daim müəyyən məqsədə, müəyyən obyektə təhrik edən fəal qüvvədir. Ehtiraslar müsbət və mənfi olur. Məsələn, elmə, incəsənətə, ixtiraçılığa, ixtisasa, saf məhəbbətə olan ehtiras müsbət, spirtli içkilərə, qumara, varlanmağa olan ehtiras mənfidir. Müsbət ehtiraslar insanı ictimai əhəmiyyətli böyük yaradıcılıq fəaliyyətinə sövq edir.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. == Həyatı == Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. == Siyasi fəaliyyəti == Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır.2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Etibar Əhmədov
Etibar Əhmədov (dirijor)
Etibar Əliyev
Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Əliyev (deputat) — Azərbaycan Milli Məclisinin deputatı.
Etibar Əmiraslanov
Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. == Həyatı == 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. Bir müddətdən sonra isə hərbi xidmətini Əfqanıstanda davam etdirmişdir. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi. Beləki, hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Etibarın batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də Etibar bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. == Həyatı == Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Etibar Cəfərov
Etibar Teyyub oğlu Cəfərov (4 aprel 1983, Morul, Şamxor rayonu – 23 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı. == Hərbi xidməti == Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif edilib. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Əxtitar (Bükan)
Əxtitar (fars. اختتر‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (54 ailə).