1. Burnunun uc tərəfi dik olan.
Sualı verən arıq, rəngi solğun, dikburun, dombagöz bir qız idi.
2. Burun tərəfi yuxarı qalxmış, burnu qalxıq (çəkmə və s.).
Çəkdilər burnuna qara yaşmağı; Ayaqda dikburun sarı başmağı.
Laçın gah ayağındakı dikburun çarığa, gah da palçığa bulaşmış patavasına baxıb düşünürdü.