Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı
Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı (türk. Dilek Yarımadası-Büyük Menderes Deltası Millî Parkı) — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür
== Biologiya ==
Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur.
=== Flora ===
Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur. Milli park ərazisində 800 növ bitki yetişir.