DİMAĞ

is. [ ər. ] Beyin.
// məc. Ağıl, şüur.
Mey gərçi səfa verər dimağə; Axdığı üçün düşər əyağə. Füzuli.
Bu sözlər Tanyaya olduqca təsir etdiyindən, onun qəlbində, dimağında bir dəyişiklik törətdi. A.Şaiq.
Murad gözlərini açdı.
Ayağa qalxdı, dimağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. S.Hüseyn.

◊ Dimağı çağ olmaq – bax damağı çağ olmaq (“damaq2”da).
Güllər açıldı, dimağı çağ oldu dilbərin; Saqiya, ver badeyi-gülgün ki, çağ olsun dimağ. S.Ə.Şirvani.

Синонимы

  • DİMAĞ dimağ bax beyin
DİLVARİ
DİMDƏLƏMƏK

Значение слова в других словарях