DİNC
DİNCƏLDİCİ
OBASTAN VİKİ
Erməni silahlılarının Azəbaycanın dinc əhalisinə hücumları
== Ermənilərin Azəbaycanın dinc əhalisinə hücumları == === 1988 (6 ölü) === 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı yaşayış məntəqəsində X. İsmayılovanın evi partladılmış, nəticədə 3 nəfər həyatını itirmişdir. 1988-ci ilin yayında Xankəndi şəhərində uşaq xəstəxanasında rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşı tərəfindən xəstəxananın həyətində döyülmüş, nəticədə həyatını itirmişdir. İyul 1988-ci ildə Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə əl qumbarası atılması nəticəsində 2 partlayış hadisəsi baş vermiş, nəticədə 2 nəfər həyatını itirmişdir. === 1989 (12 ölü və 7 yaralı) === 28 iyun 1989-cu ildə Xocalı rayonunun Bədərə yaşayış məntəqəsindən eyni rayonun Meşəli yaşayış məntəqəsinə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticəsində maşında olan 6 nəfər ağır yaralanmışlar. 16 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 2 nəfər evə qayıdan zaman hücuma məruz qalmış, nəticədə 2-sidə qətlə yetirilmişdir. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə yaşayış məntəqəsi yaxınlığında 2 nəfər — Q. Bayramov və İ. Qafarov qətlə yetirilmişdir. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas yaşayış məntəqəsi yaxınlığında 1 nəfər — Babaşov qətlə yetirilmiş, azyaşlı X. Əliyev isə yaralanmışdır. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ yaşayış məntəqəsində IX sinif şagirdi T. Süleymanov qətlə yetirilmişdir. 24 noyabr 1989-cu ildə Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində 3 nəfər qətlə yetirilmişdir. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda 3 nəfər — Q. Ələsgərov, T. Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.

Digər lüğətlərdə