DİNDİRMƏK

f.
1. Danışdırmaq, söylətmək.
Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. (Bayatı).

// məc. Əzizləmək, oxşamaq.
Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında. H.Cavid.
Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq.

// məc. Çalmaq, səsləndirmək.
Sonra kamançanı da birisinə verərək: – Firidun xan, al, bir bunu dindir, görüm, – dedi. M.S.Ordubadi.
[Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi. Mir Cəlal.

// İnkar şəklində: dindirməmək – danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər.
– Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni? R.Rza.

2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər.
– Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.

Синонимы

  • DİNDİRMƏK danışdırmaq — söylətmək — soruşmaq
  • DİNDİRMƏK 1. DİNDİRMƏK [Firat] məhkəmə zamanı şahidləri dindirib, onları dürüstləşdirmək istəyirdi... (H.Abbaszadə); DANIŞDIRMAQ Məhkəmə sədri
DİNDİRMƏ
DİNG

Значение слова в других словарях