1. Danışdırmaq, söylətmək.
Yarı xəlvətdə gördüm; Dindirmədim doyunca. ( ).
// məc. Əzizləmək, oxşamaq.
Yerlərdə süründün, yetişər, göylərə qaldır; Dindir qucağında.
Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin.
// məc. Çalmaq, səsləndirmək.
Sonra kamançanı da birisinə verərək: – Firidun xan, al, bir bunu dindir, görüm, – dedi.
[Rübabə] divardan tarı alıb istəkli kimi bağrına basdı, simləri dindirdi.
// İnkar şəklində: dindirməmək – danışdırmamaq, küsülü olmaq. Çoxdandır bir-birlərini dindirmirlər.
– Xatırında varmı, hərdən küsüşüb; Deyərdin: – Danışma, dindirmə məni?
2. Bir işi aydınlaşdırıb müəyyənləşdirmək üçün danışdırmaq, sorğu-sual etmək, istintaq etmək. Məhkəmədə bu gün şahidləri dindirəcəklər.
– Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər.