DİNMƏK

f.
1. Danışmaq, söz söyləmək.
Hə adam istəyir hirsini yesin, dinməsin, insanı özbaşına qoymurlar, dindirirlər. C.Məmmədquluzadə.
Bala fərəhləndi, ana sevindi; Gah Gülər danışdı, gah Rəna dindi. M.Rahim.

2. Səslənmək, eşidilmək.
O, indi düşünür həyata dair; Dinir qulağında topların səsi. S.Vurğun.
Toplarımız dinən zaman sular olur lal. Ə.Cəmil.

3. Acıqlanmaq, söz demək, kefinə dəymək.
Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan! M.Ə.Sabir.

Синонимы

  • DİNMƏK danışmaq — söyləmək
  • DİNMƏK acıqlanmaq
  • DİNMƏK səslənmək — eşidilmək
  • DİNMƏK DİNMƏK, DANIŞMAQ Dinmə, danışma, yat bala, sən deyən olmayıb hələ! (M.Ə.Sabir); DİL AÇMAQ İxtiyar dil açıb bu vaxt səhnədən; “Başqası deyiləm, mən yal

Антонимы

  • DİNMƏK DİNMƏK – SUSMAQ Daha dinmədilər; Susdular artıq (M.Rahim)
DİNİŞ
DİNMƏMƏZLİK

Значение слова в других словарях