DOLUXSUNMAQ

f. Bir şeydən mütəəssir olaraq gözlərinə yaş dolmaq; ağlamsınmaq, ağlamağı gəlmək.
Bəyim doluxsundu, qələm əlində titrədi, gözlərindən yaşlar axıb yazdığı misraların üstünə səpildi. Çəmənzəminli.
Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza.
Rübabə doluxsundu, hirsindən ağladı. Mir Cəlal.

Синонимы

  • DOLUXSUNMAQ ağlamsınmaq — kövrəlmək — tutulmaq
  • DOLUXSUNMAQ DOLUXSUNMAQ Şəndə körpəni bir də, iki də öpdü, doluxsundu.. (B.Bayramov); AĞLAMSINMAQ Kiçikbəyim ağlamsınaraq başmağı onun əlindən alıb, hasarın üstün

Антонимы

  • DOLUXSUNMAQ DOLUXSUNMAQ – GÜLÜMSÜNMƏK Kazım doluxsundu (İ.Şıxlı); Gülümsəyirdi, kirpikləri titrəyirdi (S.Qədirzadə)
DOLUXSUNMA
DOLULUQ

Значение слова в других словарях