Dominikan Respublikası

coğ. République Dominicaine

dominantlıq
domino
OBASTAN VİKİ
Dominikan Respublikası
Dominikan Respublikası - (İspan República Dominicana, oxunuşu 'republika Dominikana') Karib dənizindəki Hispanyola adasında yerlşən bir ölkədir. Hispanyola Puerto-Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi vardır. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası ilə Dominika qarışdırılmamalıdır. Dominikan Respublikası Avropalıların Amerika qitələrində ilk məskunlaşma yeridir. Paytaxtı, Santo-Dominqo da Amerikalardaki ilk müstəmləkə paytaxtı idi. Müstəqilliyinin böyük bir hissəsində ölkədə siyasi böhran yaşanmış, xalqı təmsil etməyən və təzyiqçi bir çox hökumət tərəfindən idarə edilmişdir. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası təmsili demokratiyaya keçmişdir. Dominikan Respublikası Latın Amerikasının Vest-Hind subregionuna daxildir.
Dominikan Respublikası bayrağı
Dominikan respublikasının bayrağı — Dominikan Respublikasının Dövlət bayrağı Dominikan Respublikası bayrağı günümüzdəki halı ilə 1863-cü ildən bu yana istifadə olunur. Bayraq, mavi, qırmızı və ağ rənglərdən ibarətdir. Üfüqi və şaquli olaraq bayrağı dörd bərabər parçaya bölən ağ xaç, ölkənin müstəqillik mübarizəsi əsnasında həyatını itirən xalqını simvollaşdırma etməkdədir. Qırmızı rəng azadlıq döyüşü əsnasında axan qanı, mavi isə daimi azadlığı ifadə edir. Ölkənin rəsmi orqanları tərəfindən istifadə edilən bayrağında, ölkənin gerbi tam ortada iştirak etməkdədir.
Dominikan
Dominikan Respublikası - (İspan República Dominicana, oxunuşu 'republika Dominikana') Karib dənizindəki Hispanyola adasında yerlşən bir ölkədir. Hispanyola Puerto-Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi vardır. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası ilə Dominika qarışdırılmamalıdır. Dominikan Respublikası Avropalıların Amerika qitələrində ilk məskunlaşma yeridir. Paytaxtı, Santo-Dominqo da Amerikalardaki ilk müstəmləkə paytaxtı idi. Müstəqilliyinin böyük bir hissəsində ölkədə siyasi böhran yaşanmış, xalqı təmsil etməyən və təzyiqçi bir çox hökumət tərəfindən idarə edilmişdir. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası təmsili demokratiyaya keçmişdir. Dominikan Respublikası Latın Amerikasının Vest-Hind subregionuna daxildir.
Dominikan pesosu
Dominikan Respublikası pesosu — Dominikan Respublikası dövlətinin pul vahididir. 1947-ci ildən əsginaslarda göstərilən pul vahidinin adı — "qızıl pesosudur" (isp. peso oro). Bir Dominikan pesosu 100 sentavoya bərabərdir. 1961-ci il seriyasının əsginaslarında pul vahidi "qızıl sentavosu" (isp. centavo oro) adlandırılmışdır. Pul dövriyyəsində 25, 10, 5, 1 pesoluq sikkələrdən və 2000, 1000, 500, 200, 100, 50, 20, 10 pesoluq əsginaslardan istifadə olunur. 2000-ci ilə qədər mübadilədə 50, 25, 10, 5 və 1 sentavoluq sikkələrdən istifadə edilirdi. Dominikan Respublikasında puldan indiyə qədər çəkilmə vaxtı balaca çəki daşları kimi istifadə edir. Anlaşılmazlıqları ləğv etmək üçün 10 sentavo nominallı sikkələrin üzərində "2 1/2" qram göstərilmişdir.
Dominikan qağayısı
Dominikan qağayısı (lat. Larus dominicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir. == Yayılması == Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.
Dominikan ordeni
Dominikan ordeni (lat. Ordo Praedicatorum; qısaldılmış OP), Fransada Dominik de Quzman adlı bir kastiliyalı keşiş tərəfindən təsis edilmiş Roma-Katolik kilsəsi sədəqəçi (və ya dilənçi) ordenidir. 22 dekabr 1216-cı ildə Papa fərmanı Religiosam vitam vasitəsilə Papa III Onori tərəfindən təsdiq edilmişdir. Dominikanlar olaraq adlandırılan orden üzvləri, ümumiyyətlə, adlarından sonra OP hərflərini göstərirlər (Ordinis Praedicatorum - Vaizlər Ordeni). Ordenə üzvlüyə frerlər, rahibələr, fəal bacılar və laitilər daxildir. İncili təbliğ etmək və bidətə qarşı çıxmaq üçün qurulan ordenin tədris fəaliyyəti və onun sxolastik təşkilatı onu Avropada orta əsrlərin intellektual həyatının ön sıralarında yerləşdirmişdir. Orden bir çox aparıcı ilahiyyatçı və filosof yetişdirməklə öz intellektual ənənəsi ilə məşhurdur. 2018-ci ildə ordendə 5747 Dominikan frer, o cümlədən 4299 keşiş var idi. Ordenə 2022-ci ildən etibarən Jerar Timoner rəhbərlik edir. Mariya Maqdalena və Sienalı Katerina ordenin himayədarlarıdır.
Dominikan Kampaniyası Medalı
Dominikan Kampaniyası Medalı, 29 dekabr 1921-ci ildə qurulan ABŞ Dəniz Piyadaları və Amerika Dəniz Qüvvələrinin hərbi bir dekorasiyasıdır. Dominikan Kampaniyası Medalı mükafatına sahib olmaq üçün bir xidmət üzvü Dominikan Respublikasında 5 May - 4 Dekabr 1916-cı il tarixləri arasında aktiv bir hərbi vəzifə etmiş olmalıdır. Medal, Amerika Birləşmiş Ştatlarının Dominikan Respublikasına 1916-cı ildəki istilasını xatırlayır. Medal, Adolf Aleksandr Veinmen tərəfindən hazırlandı və 1923-cü ilin Noyabr ayında Birləşmiş Ştatlar Gözəl Sənətlər Komissiyası tərəfindən təsdiqlənən dizayna bərabər gəlmişdi. Bu medalı ilk dəfə ABŞ Hərbi Donanması və Dəniz Piyadaları , əks tərəfində "For Service" (Xidmət Üçün) yazısı düz bir xətt üzərində iştirak etdi.
Dominikan Respublikasının Vilayətləri
Dominikan Respublikasının Vilayətləri — Dominikan Respublikasında üç regionun daxilindəki on subregiona, buda öz daxilində 31 vilayətə bölünür.
Lublindəki Dominikan monastrı
Dominikan Monastrı Polşanın Lublin şəhərindəki ən böyük dini ansambldır, zəngin bir müqəddəsliyin sahibidir. Mərkəzi bina-Müqəddəs Xaç hissələrinin Bazilikası ( Polşa Bazyliką Relikwii Krzyża Świętego ) kimi də tanınan Müqəddəs Stanislaus, Yepiskop və həmçinin Müqəddəs Xaç hissələrinin Bazilikası ( Polşa Bazyliką Relikwii Krzyża Świętego ) kimi tanınan Şəhid Bazilikasıdır ( Polşa Bazylika św. Stanisława Biskupa Męczennika ). Bu, Lublindəki ən qədim kilsələrdən biridir və yerli arxeparxiyanın kiçik bazilikasıdır. Monastr kompleksi Avropa mədəni irsinin abidəsi statusuna malikdir. 28 fevral 1967-ci ildən A / 244 nömrəsi ilə tarixi abidələrin milli reyestrinə daxil edilmişdir. == Tarixi == Lublindəki Dominikan monastırının yaranma tarixi 1253-cü ildir; Dominikanlılar bu şəhərə XIII əsrin 30-cu illərində Krakovdan gəliblər. Qotik üslubda olan monastır kilsəsi 1342-ci ildə Polşa kralı Böyük Kazimirin əmri ilə onlar tərəfindən tikilmişdir. Əvvəlcə iki nave və presviteriya vardı; Məbədin sahəsi 16-cı əsrdə artırıldı. Birliyin yaradılması haqqında Lublin İttifaqının imzalanmasından sonra burada ilk şükranlıq mərasimi keçirilib.
Dominikan Respublikasının coğrafi regionları
Dominikan Respublikası üç coğrafi regiona bölünür, o da öz növbəsində on coğrafi sub-regiona bölünür.
Ermənistan Respublikası
Ermənistan (erm. Հայաստան — Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir. Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu. Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir.
Ezo Respublikası
Ezo Respublikası (yap. 蝦夷共和國, transkripsiyanın digər variantı Etsu Respublikası) — 1868–1869-cu illərdə Ezo adasında mövcud olan dövlət. Tarixi mənbələrdə Asiyada yaranan ilk respublika kimi qeyd edilir.
Fici Respublikası
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Filippin Respublikası
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Finlandiya Respublikası
Finlandiya, rəsmi adı ilə Finlandiya Respublikası — Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Şimal-qərbdə İsveç, şimalda Norveç və şərqdə Rusiya ilə həmsərhəddir. Qərbində Botniya körfəzi, cənubunda isə Estoniyanın qarşısındakı Fin körfəzi yerləşir. Finlandiya 338.145 km2 əraziyə və 5,6 milyon əhaliyə malikdir. Helsinki paytaxt və ən böyük şəhərdir. Əhalinin böyük bir hissəsi etnik finlərdən ibarətdir. Rəsmi dövlət dilləri fin dili və isveç dilidir. Əhalinin 84,9 %-i ana dil kimi fin dilində, 5,1 %-i isə isveç dilində danışır. Finlandiyanın iqlimi cənubda rütubətli kontinental iqlimdən şimalda subarktika iqliminə qədər dəyişir. Torpaq örtüyü əsasən tayqa biomudur və 180.000-dən çox qeydə alınmış göl vardır.
Fiume Respublikası
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Florensiya Respublikası
Florensiya Respublikası (lat. Respublica Florentina, it. Repubblica fiorentina) — şimali İtaliyada 1115-1185 ci və 1197-1532 ci illər arasında mövcud olmuş müstəqil respublika.
Fəhlə respublikası
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Gürcüstan Respublikası
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Heyvan respublikası
Heyvanıstan, Heyvan respublikası və ya orijinal adı ilə Heyvan ferması (ing. Animal Farm) – Corc Oruell tərəfindənilk dəfə 17 avqust 1945-ci ildə İngiltərədə nəşr edilmiş satirik alleqorik roman. Kitab, bir cəmiyyət yaratmaq ümidi ilə öz fermerlərinə qarşı üsyan edən bir qrup ferma heyvanının hekayəsindən bəhs edir. Heyvanlar bərabər, azad və xoşbəxt ola bilər. Nəhayət, başlayır və ferma Napoleon adlı bir donuzun diktaturası altında əvvəlki kimi pis bir vəziyyətə gəlir. Oruellin fikrincə, nağıl 1917-ci il Rusiya İnqilabına və sonra Sovet İttifaqının Stalinizm dövrünə gedən hadisələri əks etdirir . Demokratik sosialist olan Oruell İosif Stalinin tənqidçisi və Moskvanın idarə etdiyi stalinizmə düşmən münasibət bəsləyirdi . ispan vətəndaş müharibəsi . İvon Davetə yazdığı məktubda Oruell təsvir etmişdir Heyvan ferması Stalinə qarşı satirik bir nağıl kimi (“ un conte satirique contre Staline ”) və “ Niyə yazıram” (1946) essesində yazırdı ki, “ Heyvanlar ferması” tam şüurla oxumağa çalışdığı ilk kitabdır. etdiyi işin "siyasi məqsədi və bədii məqsədi bir bütövlükdə birləşdirmək".
Kaliforniya Respublikası
Kaliforniya Respublikası - Şimali Amerikada Meksikadan bir tərəfli olaraq müstəqilliyi 14 iyun 1846-cı ildə edir. ABŞ-dən gəlmə miqrantlar tərəfindən qurulan və tanınmayan dövlət. 1 ay ərzində fəaliyyət göstərmişdir. 13 may tarixində Meksika-ABŞ müharibəsi başlayır ancaq üsyançıların bundan xəbəri olmur. Üsyançılara Cons Frimont başçılıq edirdi. Onlar Meksikanın Şimali Kaliforniya vilayətinin komendantını həbs edirlər və müstəqiliyi elan edirlər. Ölkənin paytaxtı Sonone idi. Ölkənin ilk və tək prezidenti isə Vilyam İd olur. Onun hakimiyəti cəmi 25 gün davam edir. 23 iyun tarixində Frimontun rəhbərliyi ilə Kaliforniya batalyonu yaradılır.
Kalmıkiya Respublikası
Kalmıkiya Respublikası (rus. Республика Калмыкия, kalm. Хальмг Таңһч) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Elista şəhəridir. Kalmıkiya Avropada buddizmin ən çox ibadət edildiyi yerdir. == Coğrafiya == Respublikanın ərazisi 75.9 min kvadrat kilometrdir. Əhalisi 327 min nəfərdir. Qərbdən Rostov vilayəti, cənubdan Dağıstan Respublikası və Stavropol diyarı ilə həmsərhəddir. Kalmıkya neft (Vısokov, Göllərarası, Kanışan), təbii qaz (Yermolinsk, Mejev, İni-Burul), xörək duzu (Mojar) və tikinti materialları (Başantin, Arşan, Ulanxol) ilə zəngindir. İqlimi kəskin kontinental olub, isti və quru yaya, az qarlı və soyuq qışa malikdir.
Kamerun Respublikası
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Keniya Respublikası
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Kolumbiya Respublikası
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət. == Etimologiya == Kolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu. == Tarixi == === Koloniyalar === XVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı.