Fəhlə respublikası

Hal-hazırda beş ölkə özlərini sosialist dövlət elan edib.
  Özlərinin sosialist olduğunu iddia edən, lakin bazar iqtisadiyyatını dəstəkləyən dövlətlər.  Tamamilə sosialist dövlətlər.

Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikasıkonstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən MarksizmLeninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər

Bir sıra dövlətlər MarksizmLeninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər.

Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur.

Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir. Avanqard partiya ölkəyə dövlətin kapitalist iqtisadiyyatını hökumətin idarə etdiyi kapital yığım ilə quraraq, ölkənin məhsuldar qüvvələrini gücləndirmək və dünya sosialist inqilabını dəstəkləmək üçün sosialist bir iqtisadiyyat qurmağın uzunmüddətli məqsədilə rəhbərlik edir.

Hal-hazırkı sosialist dövlətlər

[redaktə | mənbəni redaktə et]

Marksist–Leninist

[redaktə | mənbəni redaktə et]
Ad Etibarən Partiya Partiya sədri Dövlət başçısı Hökumət başçısı
 ÇXR[qeyd 1] 1 oktyabr 1949 Çin Kommunist Partiyası Si Tsinpin
(2012-ci ildən (2012-ci ildən) etibarən)
Li Ketsyan
(2012-ci ildən (2012-ci ildən) etibarən)
 Kuba 1 iyul 1966 Kuba Kommunist Partiyası Raul Kastro
(2006-cı ildən (2006-cı ildən) etibarən)
Miqel Dias-Kanel
(2018-ci ildən (2018-ci ildən) etibarən)
Raul Kastro
(2006-cı ildən (2006-cı ildən) etibarən)
 Laos 2 dekabr 1975 Laos Xalq İnqilab Partiyası Bunnyanq Voraçit
(2016-cı ildən (2016-cı ildən) etibarən)
Thonqlun Sisulit
(2016-cı ildən (2016-cı ildən) etibarən)
 Vyetnam 2 iyul 1976 Vyetnam Kommunist Partiyası Nquen Fu Çonq
(2011-ci ildən (2011-ci ildən) etibarən)
Çan Day Kuanq
(2016-cı ildən (2016-cı ildən) etibarən)
Nquen Suanq Fuk
(2016-cı ildən (2016-cı ildən) etibarən)

Qeyri-Marksist–Leninist

[redaktə | mənbəni redaktə et]
Ölkə Etibarən Hökumət forması
 Banqladeş 11 aprel 1971 Çoxpartiyalı parlamentli respublika
 Qayana 6 oktyabr 1980 Çoxpartiyalı prezident respublikası
 Hindistan 18 dekabr 1976[1] Çoxpartiyalı federal parlamentli respublika
 Şimali Koreya 9 sentyabr 1948 Birpartiyalı mütləq monarxiya (De-fakto)
 Nepal 20 sentyabr 2015 Çoxpartiyalı federal parlamentli respublika
 Portuqaliya 2 aprel 1976 Çoxpartiyalı yarı-prezident respublikası
 Şri-Lanka 7 sentyabr 1978 Çoxpartiyalı yarı-prezident respublikası
 Tanzaniya 26 aprel 1964 Dominant partiyalı yarı-prezident respublikası
  1. HonkonqMakao daxil olmamaqla.
  1. "THE CONSTITUTION (AMENDMENT)". indiacode.nic.in. 28 fevral 2015 tarixində orijinalından arxivləşdirilib.