Donmuş 2 (cizgi filmi, 2019)
Donmuş 2 (ing. Frozen 2) — Walt Disney Animation Studios tərəfindən 2019-cu ildə istehsal olunmuş Amerika animasiya filmi. 58-ci Disney cizgi filmi, 2013-cü il "Donmuş" cizgi filminin ikinci hissəsi. Filmin rejissoru Chris Buck və Cennifer Lee, onlar da ssenari müəllifi, prodüseri isə Peter Del Vechodur. Əsas personajları Kristen Bell, İdina Menzel, Coş Qad və Conatan Qroff səsləndirirlər. Birinci filmdəki hadisələrdən sonra Elza, bacısı Anna, Kristoff, maral Sven və qar adamı Olaf Sehrli meşəyə yollanır və burada Arendelle krallığının keçmişi ilə bağlı sirri açmalıdırlar.
Premyerası 7 noyabr 2019-cu ildə Hollivudda baş tutmuşdur. ABŞ-də cizgi filmi 22 noyabr 2019-cu ildə ekranlara buraxıldı. Film tənqidçilərdən ümumiyyətlə müsbət rəylər aldı. Onlar animasiyanı, mahnıları, vizualları və səs oyununu tərifləsələr də, süjeti tənqid ediblər.