donor

I

Qrant alanla münasibətlərində qrant verən

II

Öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs

domen adı
DOPOQ
OBASTAN VİKİ
Donor
Donor (lat. donor, donodan — "bağışlayıram") — aksepter və resipient adlanan obyektə nə isə verən obyekt . Məsələn, kimyada elektronların donoru atomlardır. Tibbdə bir nəfərin digər nəfər öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Donor (fizika) — qarışıq tipi.
Donor aşqarlar
Donor aşqarlar — öz elektronlarını asanlıqla verə bilən və deməli, sərbəst elektronların sayını artıran aşqarlar. Donor aşqarlarda elektronlar əsas yükdaşıyıcılar, deşiklər isə qeyri-əsas yükdaşıyıcılardır: n a < n y {\displaystyle n_{a}<n_{y}} na — aşqarların valentliyi, ny — yarımkeçiricinin valentliyidir. Tutaq ki, silisium (Si) kristalında bəzi atomlar V qrup elementi arsenlə (As) əvəz edilmişdir. As-nın xarici elektron təbəqəsində 5 elektron olduğu üçün onun bir elektronu rabitədə iştirak etmir və öz atomu ilə zəif əlaqədə olur. Ona görə də o sərbəstləşə bilir. Bu zaman deşik əmələ gəlmir, çünki sərbəstləşən elektron rabitəni tərk etməyib. Bu tip aşqarlar donor aşqarlar adlanır. Donor aşqara malik yarımkeçiricilərdə keçiricilik əsasən elektronlar hesabına olduğu üçün onlara n-tip (neqativ-mənfi) yarımkeçiricilər deyilir. n-tip yarımkeçiricilərdə elektronlar əsas, deşiklər qeyri-əsas yükdaşıyıcılardır.
Donor-aktseptor kimyəvi rabitə
Donor-aktseptor kimyəvi rabitə - atom və ya ionun onunla qarşılıqlı əlaqədə olan atoma mənsub olan bir cüt elektronu istifadə etməsi nəticəsində yaranan rabitə. Donor - latınca donare - bəxşiş etmək deməkdir. == Donor-aktseptor kimyəvi rabitəyə misal == Donor-aktseptor kimyəvi rabitə ən sadə misal H+-nin NH3-lə birləşərək NH4 əmələ gətirməsi ola bilər (azotun s2 və p3 elektronu vardır). H-nin üç elektronu azotun 3p elektronu ilə birləşərək piramidal NH3 molekulu əmələ gətirir. N və NH3 ətrafıda hidrogenlə üç cüt ortaq və bir cüt ortaq olmayan elektrondan ibarət 8 elektronlu təbəqə mövcuddur. Ortaq olmayan elektron cütü H+ tərəfindən istifadə edilir. Bu halda azot kompleksəmələgətirici donor, hidrogen isə aktseptor və kompleks birləşmiş element (addend) rolunu oynayırlar. Buna oxşar, lakin yaranma mexanizminə görə nisbətən daha mü­rək­kəb kimyəvi rabitə, birləşmələrin 8- və ya 18-elektronlu qapalı örtük yaratmağa meyil etməsi ilə bağlıdır. Bu növ rabitə həm [Pt(NH3)6]4+, [PtCl6]2- və b. kimi sintez olunan, həm də təbii (məsələn: sulfidlər) birləşmələrdə yaranır.

Значение слова в других словарях