DONKİXOTLUQ
DONQABELLİK
OBASTAN VİKİ
Donqa departamenti
Donqa departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Donqa departamentinin ərazisi 11 126 km2-dır. Donqa departamentinə 4 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Donqa departamentinin əhalisi 542 605 nəfərdir.
Donqar (dəqiqləşdirmə)
Donqarlar — trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi. Donqar (musiqi) — qədim Azərbaycan simli musiqi aləti.
Donqar (musiqi)
Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti. == Tarixçə == Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur. Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. == Söz açımı == "Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb.
Donqarlar
Donqarlar (lat. Monocentridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi.
Kyursya-Donqalon
Kyursya-Donqalon (fr. Curciat-Dongalon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 340 km cənub-şərqində, Lion şəhərindən 85 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km şimalda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 249 nəfər arasında 197 nəfər iqtisadi cəhətdən aktiv, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 79,1, 1999-cu ildə 72,2%). 197 aktiv sakindən 182 nəfər işləyirdi (103 kişi və 79 qadın), 15 işsiz (8 kişi və 7 qadın) var.
Sıldıs Donqak
Sıldıs Donqak (tıva Сылдыс Баазаң оглу Доңгак, 13 sentyabr 1970, Tuva Xalq Respublikası ) — Tuvanın Övür bölgəsindəki Torqalıq kəndində anadan olmuş tuvalı şair, yazıçı. O, həmçinin tacirliklə də məşğuldur. == Həyatı == 13 sentyabr 1970-ci ildə hal-hazırkı Tuva Muxtar Sovet Sosialist Respublikasındakı Övür bölgəsinin Torqalıq məntəqəsində anadan olmuşdur. Torqalıqdakı təhsilindən sonra Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnistitutunda ali təhsilini almışdır. Kənd təsərrüfatı və menecment sahəsindəki təhsilini Rusiya Akademiyasında almışdır. Ədəbi fəaliyyətlə yanaşı, ticari fəaliyyətlə də məşğuldur. == Yaradıcılığı == Yazıçılığa 1990-cı ildə başlamışdır. Şerləri Tuvanın qəzetlərində, Tuva Ədəbiyyatı jurnalında, "Ulug-Hem" məcmuəsində nəşr edilmişdir. "Een hovuda sırın ıglaydır" adlanan şer kitabı 1998-ci ildə nəşr edilmişdir. Onun şerləri ruscaya də tərcümə edilmişdir.
Donqarburun qılquyruq
Donqarburun qılquyruq (lat. Melanitta deglandi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.

Digər lüğətlərdə