Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Səma qapılarını döyərək
Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır. Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq). İki cavan oğlan qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səma qapılarını döyərək (film, 1997)
Donetsk
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Donetsk (Ukrayna)
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Donetsk silsiləsi
Donetsk silsiləsi — Şərqi Avropa düzənliyinin cənubunda yerləşən bir yüksəklik. Ukrayna və Rusiya sərhədində yerləşir. "Donetsk silsiləsi" adı ilk dəfə 1827-ci ildə geologiyası tədqiqatçısı E. P. Kovalevskinin nəşrində istifadə olunur. Silsilənin ümumi sahəsi 23 min km², uzunluğu təqribən 370 km, eni 160 km-dir. Orta hündürlüyü 200 metrdən 300 metrə qədərdir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 366 metr yüksək olan Meçetnaya Maqila (Petrovskoye, Luqansk vilayəti) dağıdır. == Formalaşma tarixi == Donetsk silsiləsi 1.5 milyard il əvvəl Pola vulkanının təsiri altında meydana gəlmişdir. Nəticədə yerin altından nəhəng təpələr qalxmış lakin sonra vulkan səthə çıxmağa güc tapmadı, çöllər arasında yalnız bir təpəliklər meydana gəldi. Şərq-cənub-şərqdən qərb-şimal-qərb istiqamətində 370 km, eni 160 km məsafədə uzanır. Eni 160 km çatır. Qərbdə eni 120 km-dir.
Donetsk vilayəti
Donetsk Vilayəti (ukr. Донецька область, Donec’ka oblast), Ukraynanın şərqində yerləşən ərazi vahidi (vilayət). SSRİ dövründə 1938-ci ildə Stalino adıyla tanınan ərazi vahidinin sahəsi 26,517 km²-dir.
Asunsyon Domenek
Asunsyon Domenek Domingez (isp. Asunción Domenech Domínguez; 8 iyun 1967, Valensiya) — İspaniya voleybolçusu, toppaylayıcı. O, 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Asunsyon Domenek 8 iyun 1967-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1990–1992-ci illərdə "Xativa"da, 1993–1994-cü illərdə "Mursiya"da, 1998–2000-ci illərdə "Albasete"də çıxış etmişdir. 1991-ci ildə "Xativa" ilə İspaniya Superkubokunu, 1994-cü ildə "Mursiya" ilə ölkə çempionluğunu qazanmışdır. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, komandası 8-ci yeri tutmuşdur. Domenek toppaylayıcı kimi çıxış etmiş, 4 matç keçirmişdir.
Donetsk (dəqiqləşdirmə)
Donetsk — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi, Donetsk vilayətinin inzibati mərkəzi. Donetsk (Rusiya) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir. Donetsk vilayəti — Ukraynanın şərqində yerləşən ərazi vahidi (vilayət). Donetsk milli universiteti — Donetsk şəhərində yerləşən ali təhsil müəssisəsi.
Donetsk Hava Limanı
Sergey Prokofyev adına Donetsk Hava Limanı (ukr. Міжнародний аеропорт «Донецьк» імені Сергія Прокоф’єва; (IATA: DOK, ICAO: UKCC)) — Ukrayna ərazisində fəaliyyətsiz olan hava limanı (2014-cü ildən Donetsk Xalq Respublikasının nəzarətindədir). 26 may 2014-cü il tarixində hava limanının işi Ukrayna Dövlət Aviasiya Xidməti tərəfindən dayandırılır. 2014-cü ilin iyunundan - 2015-ci ilin yanvarına qədər hərbi əməliyyatlar zamanı hava limanı tamamilə məhv edilir, təyyarələrə xidmət üçün yararsız hala gəlir. == Tarixi == Hava limanı Stalino Şəhər Şurasının 27 iyul 1931-ci il tarixli qərarından irəli gəlir. Şəhər şurası torpaq şöbəsinə və şəhər təsərrüfat idarəsinə Stalino şəhərində mülki aviasiya aerodromunun tikintisi üçün ərazi tapmağı tapşırmışdır (Donetsk adı 1924-1961-ci illərdə Stalino olmuşdur.). 1933-cü ildə Stalino hava limanının əsası qoyulur. Elə həmin il Stalino-Starobelsk marşrutu üzrə ilk Aeroflot uçuşu təşkil edilir. 1936-cı ilin yazında hava limanında U-2 yüngül təyyarələrdən ibarət bir dəstə təşkil edilir. Bu təyyarələr tarlalarda hava kimyəvi dərmanlama işləri, sanitar daşıma, az miqdarda sərnişin və yük-poçt daşımaları həyata keçirir.
Donetsk Milli Universiteti
Vasili Stus adına Donetsk Milli Universiteti (ukr. Донецький національний університет імені Василя Стуса) — Ukraynanın ali təhsil müəssisəsidir. Universitet 1937-ci ildə yaradılmışdır və yaradılma zamanı Stalin pedaqoji institutu adını daşıyırdı. 1965-ci ildə yeni Donetsk Dövlət Universiteti adını alır, hansını ki, 2000-ci ilə qədər daşımışdır. 2000-ci ilin 11 sentyabrında universitet milli statusunu almışdır. Donetsk Milli Universitetinin strukturuna 12 fakültə, Donetsk humanitar institutu, 3 texnikum, lisey, mütəxəssislərin hazırlanmasının və yenidən hazırlanmasının 6 regional mərkəzi, 3 tədris-istehsal kompleksi daxildir. == Fakültələr və ixtisaslar == 1. Biologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Biologiya Biofizika Botanika Zoologiya İnsanın və heyvanların fiziologiyası Bitkilərin fiziologiyası Ekologiya və ətraf mühitin qorunması 2. Tarix fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Tarix Beynəlxalq münasibətlər Politologiya 3. Riyaziyyat və informasiya texnologiyaları fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Riyaziyyat Statistika İnformatika Tətbiqi riyaziyyat 4.
Donetsk Xalq Respublikası
Donetsk Xalq Respublikası (rus. Донецкая народная республика, ukr. Донецька народна республіка, qısaca DXR) — 2014-cü ilin aprelində Donetsk vilayətinin daxilində, Ukraynada "Avromeydan" nəticəsində hökm sürən hakimiyyət əleyhdarlarıyla elan edilmiş separatist, tanınmayan dövlət. Bu addımın səbəbləri: [neytrallıq?] Regionun əhalisi ilə konstruktiv dialoq aparmağa Kiyev rəhbərliyinin rədd cavabı; Əhalinin maraqları və tələbatları nəzərə alınmaması; Yerli əhalinin Kiyev hökumətinin legitimliyini tanımaması. Rusiyanın böyük ölçülü təsiri. Bir sıra mənbələrin fikrincə, 2014-cü ilin iyun ayının əvvəlinə Donetsk vilayətinin ərazisinin üçdə biri Donetsk Xalq Respublikası nəzarəti altındadır.
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. 4 dəfə Avropa kuboklarında iştirak edib.
Qrabove (Donetsk vilayəti)
Qrabove (ukr. Грабове) — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır. Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır. 2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255. Kənd haqqında ilk məlumat XV əsrə addir.
Şaxtyor Donetsk FK
Şaxtyor Donetsk FK — 1936-cı ildə Ukraynada yaradılan futbol klubu. Şaxtyor bir çox Avropa yarışlarında meydana çıxıb və tez-tez UEFA Çempionlar Liqasında iştirak edib. Klub yarışın Avropa Liqası olaraq yenilənməsindən öncəki il olan 2009-cu ildə UEFA Kubokunu qazanan müstəqil Ukraynada ilk klub olub. Şaxtyor Donetsk UEFA-nın böyük yarışmasında qalib gələn iki Ukrayna klubundan biridir, digəri isə Dinamo Kiyevdir. Klub əvvəllər ev oyunlarını Donetskdə yeni tikilmiş "Donbas Arena"da keçirirdi, lakin 2014-cü ildə Rusiya–Ukrayna müharibəsi səbəbindən komanda bu müddət ərzində 1000 kilometr (620 mil) qərbə, Arena Lvovda oynamalı olub. 2016-17 mövsümünün qış fasiləsindən sonra klub 2017-ci ilin əvvəlində yenidən Xarkovdakı Metalist Stadionuna (Donetskdən 250 kilometr (160 mil) şimal-qərb) köçüb. 2020-ci ilin may–iyul aylarında Şaxtyor ev oyunlarını Kiyevdəki Olimpiya Stadionunda keçirib. Klub öz tarixini sovet futbol liqası yarışlarının başlanğıcından götürür və Ukraynanın ən qədim klublarından biridir. Klub Şaxtyor Sovet Könüllü İdman Cəmiyyətinin üzvü idi və Şaxtyor Qarağandı (Qazaxıstan), Şaxtyor Soliqorsk (Belarus) kimi digər sovet komandaları ilə əlaqələri var idi. Son sovet dövründə Şaxtyor SSRİ yüksə liqasının nəhəng orta klubu idi və 1961 və 1962-ci illərdə iki il ardıcıl olaraq SSRİ Kubokunu qazandıqdan sonra kubok yarışları üzrə mütəxəssis hesab olunub.
Donetsk tarix-diyarşünaslıq muzeyi
Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir. == Tarixi və təsviri == Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibətilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır. Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. «Hərbi şöhrət zalında» əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. «Kosmanavtika» zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır.
Donetsk Regional İncəsənət Muzeyi
Donetsk Regional İncəsənət Muzeyi (ukr. Доне́цький обласни́й худо́жній музе́й) — Donbassdakı ən böyük sənət muzeylərindən biri, Donetsk və bölgənin mədəniyyət mərkəzi, regional müsabiqənin laureatı, 1999-cu ildə "Qızıl İskit" mükafatı laureatı. == Tarixi == Muzey 23 sentyabr 1939-cu ildə Stalin İncəsənət Muzeyi kimi yaradılıb. Böyük Vətən müharibəsi illərində dağıldıqdan sonra mövcudluğunu dayandırıb. 1958-ci ildə Stalin Tarix-Diyarşünaslıq Muzeyinin təsviri incəsənət şöbəsi kimi fəaliyyət göstərib. 1960-cı ildə Stalin İncəsənət Qalereyası, 1965-ci ildən isə Donetsk İncəsənət Muzeyi təşkil edilib. == Müasir Muzey == Bu gün muzeyin kolleksiyasında 15 mindən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ sənət əsəri var. Onun kolleksiyasına XVI–XX əsrlərin ən məşhur Ukrayna, rus və xarici ustalarının əsərləri, eləcə də antik dövrün əsərləri daxildir. Muzeyin daimi sərgisində İ. Ayvazovski, F. Vasilyev, A. Benua, D. Burlyuk, V. Vasnetsov, V. Qolubkina, İ. Qrabar, J. Doe, O. Kiprenski, P. Konçalovski, A. Korina, V. Polenova, A. Savrasov, V. Serov, V. Surikov, Robert Falk, İ. Şişkin, T. Yablonskayanın əsərləri nümayiş olunur. Muzey 1999-cu ildə əsası qoyulmuş Müasir Ukrayna İncəsənət Şəbəkəsinin bir hissəsidir.
Donetsk Mədəniyyət və İstirahət parkı
Lenin Komsomolu adına Donetsk Mədəniyyət və İstirahət parkı (ukr. Парк культури і відпочинку ім. Ленінського комсомолу) — Ukraynanın Donetsk vilayətinin eyniadlı şəhərində yerləşən park. Parkın tikilməsi ilə bağlı qərar 1952-ci ildə qəbul edilmişdir. Bunun səbəbi Şerbakov adına Mədəniyyət və İstirahət Mərkəzinin şəhərin ehtiyaclarını müstəqil şəkildə yerinə yetirə bilməməsi idi. Layihədə park ərazisinin 180 hektar olması planlaşdırılmışdı. Layihəyə Məşhur İnsanlar Xiyabanı, bir hovuz və 3,500 nəfərlik bir yaşıl teatrı daxil idi. 1955-ci ilin oktyabr ayında Stalin Rayon Sovetinin icra komitəsi "1955–1964-cü illərdə Stalin rayonunun şəhər və işçi yaşayış məntəqələrində yaşıl zonalarının yaradılması və inkişafı üzrə on illik plan haqqında" qərar qəbul etdi. 1956-cı ildə park rəsmi olaraq qurulmuşdur. Ərazinin bir hissəsi başqa layihələr üçün qorunduğundan orijinal plana dəyişikliklər edildi.
Donetsk Akademik Regional Dram Teatrı
Donetsk Akademik Regional Dram Teatr – Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində teatr. Müasir teatr binası 1960-cı ildə tikilib və Mariupoldakı Teatralnaya meydanında, Mira prospekti ilə Kuindji küçəsinin kəsişməsində (Şəhər meydanının yanı) yerləşirdi. 16 mart 2022-ci ildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1000–1200 mülki şəxsin sığındığı teatr binası Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində dağıdılıb. == Tarixi == 1847-ci il — sahibkar V. Vinoqradovun rəhbərliyi altında ilk dəfə Mariupola teatr truppası gəldi. Şəhərdə teatr binası olmadığından truppa Yekaterininskaya küçəsində (indiki Mira prospekti) icarəyə götürülmüş ambarda tamaşalar verirdi. 1850–1860-cı illər — həyətinin ambar hissəsində yerli sakin Popov ilk teatr otağını — "Melpomene muzeyi məbədini" tikdi. Binada heç bir şərait yox idi. Lakin bir çox truppalar bir neçə mövsüm burada əyalət aktyorlarının iştirakı ilə çıxışlar etmişdilər. Əyalət aktyorlarından Aleksandrov, Neverova, Medvedeva, Stoppel, Novitsky, Minsky, Prokofyev, Piloni və başqaları bu tamaşalarda rol alırdılar. 1878-ci il — Mariupol şəhərində ilk peşəkar teatr truppası yaradıldı.
Donetsk Akademik Ukrayna Musiqili Dram Teatrı
Donetsk Akademik Ukrayna Musiqili Dram Teatr (ukr. Донецький академічний український музично-драматичний театр) — Donetsk şəhərindəki dram teatrı. Teatr "Teatr Donbass" regional teatr festivalının (1992-ci ildən) və uşaq və gənclər üçün "Qızıl açar" tamaşalarının və konsert proqramlarının Açıq Festivalının (1997-ci ildən) təşkilatçısı. Bədii rəhbər 1994–2012-ci illərdə Ukraynanın xalq artisti, Taras Şevçenko adına Ukrayna Milli mükafatı laureatı Mark Matveeviç Brovun olub. 2012-ci ildən teatrın baş direktoru və bədii rəhbəri Ukraynanın əməkdar artisti Natalya Markovna Volkovadır. Qondarma Donetsk Xalq Respublikası Mark Matveyeviç Brovun adına Donetsk Dövlət Akademik Musiqi və Dram Teatrı adından istifadə edir. == Tarixi == Teatrın yaradıcılıq tərcümeyi-halı 1927-ci il noyabrın 7-də Ukrayna SSR-nin şərqində Xarkov şəhərinin Çervonozavodski rayonunda (o zaman Ukrayna SSR-in paytaxtı) Ukrayna fəhlə teatrının yaradılması ilə başlayıb. Truppanın əsasını Xarkov Dövlət Xalq Teatrının və məşhur Berezil Teatrının aktyorları təşkil edib. İlk rejissor Vladimir Nemiroviç-Dançenkonun tələbəsi, rejissor A. Zağarov, bir ildən sonra isə rejissor L. Kurbasın tələbəsi, Ukrayna SSR-in gələcək xalq artisti V. Vasilko bədii rəhbər təyin olunur. 1930-cu ildə Ümumittifaq İncəsənət Olimpiadası çərçivəsində truppa Moskvada qastrol səfərində olub.