Doyran gölü
Doyran gölü ( mak. Дојранско Езеро) — Şimali Makedoniya və Yunanıstan sərhəddində göl. Gölün 27,3 km²-lik sahəsi Şimali Makedoniya ərazisinə, 15,8 km²-lik sahəsi isə Yunanıstana məxsusdur.
== Ümumi məlumat ==
Doyran gölü Ş.Makedoniyanın Doyran, Yunanıstanın isə Kilkis əyalətinə aiddir. Ümumi sahəsi 43,1 km² olan göl tektonik mənşəlidir. Gölün şimal sahilində Belasisa dağları yerləşir. Göl dairəvi formaya malikdir. Uzunluğu 8,9 km, eni isə 7,1 km-dir. Maksimal dərinliyi 10 metr, su həcmi 0,08 km³, su toplayıcı sahəsi isə 271,8 km²-dir.
Doyran gölü Oxrid və Prespa göllərindən sonra Şimali Makedoniyanın üçüncü ən böyük gölüdür.