1. sif. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. ( Ata. sözü ).
Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı-qardaşın.
[Mirsaqulu] aldığı maaşla iki ailəni; özünü, iki yetimlə dul bacısını saxlayırdı.
□ Dul qalmaq – əri (və ya arvadı) ölmək.
[Süleyman:] …Xala daha bu qədər dul qaldın bəsdir.
Ana tanıyıram iyirmi yaşından, dul qaldı; Bəlalar ötdü başından.
Dul qoymaq – birinin ərini (ya arvadını) öldürmək.
2. is. Dul kişi, ya dul arvad. [Məhərrəm:] Mən dünən də demişəm, Qurban üçün qız az deyil. Birini alıb ölüb.
İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın.